beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Payızda saçlara necə qulluq etmək lazımdır?

Payızda saçlara necə qulluq etmək lazımdır? 5 gözəllik sirri ilə payızda saçların qorunması üsulları

Yaydan sonra saçlarınız necədir: ucları haçalanıb, tez qırılır, parlaqlığını itirib? Bunları aradan qaldırmaq üçün bir neçə məsləhətə əməl edin.

1. Haçalanmış uclardan xilas olmağın ən sadə üsulu bərbərə getmək və saçın uclarını kəsdirməkdir.

2. Quru saçları hər gün yumaqla yaxşı nəticə əldə etmək olmaz, əksinə, çalışın bunu 3-4 gündənbir edəsiniz. Şampun seçərkən bitki tərkibli şampunlara üstünlük verin, bu cür şampunlar saçlarınızın quruluğunu aradan qaldıracaq.

3. Başınızın dərisini yüngül hərəkətlərlə masaj edin. Bu, qan dövranını yaxşılaşdıracaq və saçlarınız daha yaxşı qidalanacaq.

4. Hər dəfə saçlarınızı yuduqdan sonra müxtəlif maskalardan və kondisionerlərdən növbə ilə istifadə edin. Yaddan çıxarmayın ki, maskaları və şampunları seçərkən saçınızın növünü (quru, yağlı, normal) nəzərə almalısınız.

5. Pivə ilə suyun yarı-yarıya qarışığından hazırlanmış losyonla və yaxud limon şirəsi əlavə edilmiş su ilə saçlarınızı yaxalayın. Bu cür prosedurlar saçlarınıza parlaqlıq verəcək.

6. Saçlarınızı qurulayarkən yumşaq dəsmallardan istifadə edin və suyu dəsmala sadəcə hopdurun.

7. Tərkibində badam və qoz yağı olan şampunlar günəş şüalarından qurumuş saçları nəmləndirir. Əgər saçlarınız həddən artıq quruyubsa, gündə 2-3 dəfə 1 xörək qaşığı (x/q) qarğıdalı yağı için. Bu, saçlarınızın normal rəngini və keyfiyyətini bərpa edəcək.

8. Kəpəyə qarşı mübarizənin yeni metodları

Dünyada hər üç qadından biri kəpəkdən əziyyət çəkir.Başda daimi yaşayan göbələk münbit şəraitə düşdükdə sürətlə artmağa başlayır və bu da kəpəyin yaranmasına gətirib çıxarır. Münbit şərait dedikdə stress halları, müxtəlif pəhrizlər, xəstəlik və s. başa düşülür. Bir sözlə, orqanizmdə immunitetin zəifləməsi başda kəpəyin çoxalmasına səbəb olur. Bəzi hallarda kəpək orqanizmdə yetərincə su olmadıqda əmələ gəlir. Bu zaman sadəcə gündə 1,5-2 litr su içməklə kəpəyin əmələ gəlməsinin qarşısını almaq olar.


Kəpəkdən xilas olmaq üçün yalnız kəpəyə qarşı şampun kifayət etmir. Hər şeydən əvvəl yemək rasionunuza diqqət yetirməlisiniz. Qızardılmış, duzlu, şirin yeməkləri azaltmalı, tərkibində B vitamini olan ərzaqlardan gündəlik menyunuzda istifadə etməlisiniz. Bu ərzaqlara banan, ciyər, qoz, kök və s. aiddir. Əgər kəpək həddən artıq çoxdursa, kosmetoloqa müraciət edin. O, sizə saçınıza uyğun hazırlanmış xüsusi şampunlar təklif edə bilər. Bundan əlavə, xalq təbabətinin köməyindən də istifadə edə bilərsiniz:

1. 50 q soğan qabığını 1 litr qaynar suda 20-30 dəqiqə müddətində dəmləyib saçlarınızı yuduqdan sonra yaxalayın. Amma nəzərdə saxlayın ki, açıqrəngli sacların rəngi dəyişə bilər.

2. 1:1 nisbətində spirt və su qatışığına aloye şirəsi əlavə edin, başınızın dərisinə sürtün.

3. 100 q gicitkəni 100 q suda dəmləyin, saçlarınızı yuduqdan sonra yaxalayın.

4. 2 çay qaşığı çobanyastığını 1 litr suda 5 dəqiqə qaynadın. Həftədə 2-3 dəfə bu məhlulla saçlarınızı yuyun. Müalicə kursu 10-15 dəfədən ibarətdir. 2-3 həftədən sonra təkrar edə bilərsiniz.

Payızda saçtökülmənin qarşısını necə almalı?

1.1 x/q spirtlə 1 yumurtanın sarısını çalın və saçlarınızın dibinə sürtün. 40 dəqiqə gözlədikdən sonra əvvəl isti su, sonra dəmlənmiş çobanyastığı ilə yaxalayın.

2.1 x/q bal, 1 x/q aloye şirəsi, 1 ç/q sarımsaq şirəsini qarışdırın. 1 yumurtanın sarısını əlavə edin və başınızın dərisinə sürtün. 20 dəqiqə saxlayıb şampunla yuyun. Gicitkən dəmləməsi ilə yaxalayın. Bunu bir ay müddətində həftədə 2-3 dəfə etdikdə saçlarınızın tökülməsi dayanacaq.

3.Yeməyinizə fikir verin. Vitamin çatışmazlığı da saçların tökülməsinə səbəb olur.


Tarix: 21.12.2012 / 21:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 542 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri