beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niyə Qaralmaq İstəyirsən?

Solyarinin Xeyri və Ziyanı



Son vaxtlar qadınlar süni qaralmağa - solyariyə üstünlük verirlər. Ancaq bilməlisiniz ki, solyarinin orqanizmə
müsbət təsiri olduğu kimi, mənfi təsiri də var. Başlayaq solyarinin müsbət effektindən:
* Solyari osteoporoza tutulma risqini xeyli dərəcədə azaldır. Orqanizmin yüzdən çox funksiyası Günəş şüasının
təsirindən asılıdır. Bu funksiyalardan biri vitamin D-nin ifrazıdır. Bu vitamin osteoporozzamanı çox olan kalsiumun
bərpasına kömək edir.
* Yapon mütəxəssislərinin son araşdırmalarına görə, solyari xərçəng xəstəliyinin yaranmasını xəbərdar edir, psoriaz,
saçtökülmənin qarşısını alır. Bunun üçün qış mövsümündə 20 dəqiqəlik seanslar gərəkdir.
* Soyuqdəymə vaxtı infeksiyalarla mübarizə aparmağa kömək edir.
* Ayaqda xroniki səviyyəyə çatmamış varikoz damarlarının genişlənməsi zamanı xeyirlidir.
Bütün sadaladığımız hallarda solyari sağlamlığın əvəzsiz vasitəsi olur. Lakin həddən artıq süni Günəş şüalarının qəbulu
bir çox problemlərə gətirib çıxara bilər.



* Şişin böyüməsinə, saçın strukturunun pozulmasına, dəri örtüyünün piqmentasiyasının dəyişməsinə və dərinin elastikliyinin
azalmasına. Bu cür problemlərlə üzləşməmək üçün solyari qəbul edərkən aşağıdakı qaydaları nəzərə almaq lazımdır:
* Solyaridən 1-2 saat əvvəl bədənini sabunla yu;
* Ətirdən və ya hər hansı başqa kosmetik vasitələrdən istifadə etmə. Onların tərkibində fotosensibilyasiya edən vasitələr
olduğuna görə qaralmaq əvəzinə, dərini qıcıqlandıra bilərsən;
* Solyari vaxtı icazə verilən yeganə vasitə -günqoruyucu kremdir. Dodaqlara isə qoruyucu balzam vurmaq lazımdır;
* Dərman qəbul edirsənsə, əvvəlcə həkimlə məsləhətləş. Dərmanlardan bəziləri dəridə işığa qarşı həssaslığı artırır və bu,
günəş allergiyasına səbəb ola bilər;

* Gözlərə eynək taxmaq, saçları örtüklə örtmək məsləhət görülür;
* Günəş şüalarını tam çılpaq şəkildə qəbul etmək olmaz. Ələxsus bu, süd vəzilərinin qorunmasına aiddir;


* Seansdan sonra S vitamini ilə zəngin olan vitaminləşdirilmiş çay və ya şirə içmək, həmçinin, həssas dəri üçün nəzərdə tutulmuş gellə duş qəbul etmək məsləhətdir.


Tarix: 11.06.2013 / 19:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 212 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri