beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şık göz makiyajı necə olmalıdır?

Şık və gözəl göz makiyajı necə olmalıdır deyə çox düşünürsən? Elə isə sizə kiçik ipucları verək. Bunun üçün orta və tünd rəngləri balanslaşdırılmış şəkildə birgə istifadə edin. İlk öncə, tünd rəngli göz kölgəsini kirpiyin üstünə, orta tonlu göz kölgəsini isə göz qapağına, açıq rəngi isə qaşınızın altına vurun. Tonların birləşdiyi yerdə fırça vasitəsilə onların qarışıq görüntüsünü yaratmağa çalışın. Bu makiyaj zamanı hər hansı bir cizgi qoymayın, bu tonlar makiyajınızın təbii təsir bağışlamasına səbəb olacaq.

Gözlərinizi vurğulanmasını istəyirsinizsə, gözlərinizin sonluqları və başlanğıcına az miqdarda açıq rəngli göz kölgəsi vurun. Bu şəkildə həm gözləriniz daha canlı görünəcək, həm də parlayacaqlar.

Dumanlı gözlər effekti yaratmaq istəyənlər isə alt və üst kipriklərinin dibinə incə bir şəklində tünd rəngli göz boyası vurmalı, daha sonra fırça ilə azacıq göz kölgəsini yaymağa çalışmalıdırlar.

Kipriklərinizə tuş çəkərkən göz kölgənizi pozmamağa çalışın. Bunun üçün kipriklərinizi daraqla daradıqdan sonra düzgün şəkildə tuş çəksəniz, onların bir-birinə yapışmasının qarşısını ala bilərsiniz


Tarix: 21.12.2012 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 334 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri