beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın xeyanetinin esas sebebleri…

Qadın xeyanetinin esas sebebleri…

Hem kişiler, hem de qadınlar xeyanet etmeye qadir varlıqlardır. Heç bir yerde kişiye xeyanet etmek olar, qadına ise qadağandır” sözleri yazılmayıb. Nezere alsaq ki, onların her ikisi insandır ve daim xoşbextliye can atırlar bu zaman xeyanetin de olması tam realdır. Düzdür, statistikaya esasen kişiler 4 defe tez ve çox xeyanet edirler. Qadın xeyaneti ise bir qeder ferqlidir.

Qadın xeyanetinin esas sebebleri

1. Tebiet etibarıle qadın güclü, ehtiraslı ve aktiv kişinin hakimiyyetinde olmağa verdiş alıb. Buna göre de müasir zamanın qadınları daim teşebbüsü eline alan, güclü kişi arzulayır. Bu baxımdan eger kişinin aktivliyi azalırsa qadında bir o qeder çatışmamazlıq yaranır ve o, kenara qaçmağa başlayır. Arxa-dayağı başqa yerde axtarır.

2. Tebieten qadın öz övladına yaxşı ata axtarır. Uşağın real heyatda olub olmaması ise önemli deyil. Qadın ilk növbede anadır ve onun düşünceleri de bu istiqametdedir. Bes “yaxşı ata” kimdir? Bu neinki xeyirxah insandır, hemçinin menen ve fiziki güclü, maddi baxımdan temin olunmuş insandır. Buna göre de qadınlar varlıların yanına qaçır. Tamahkarlıqdan yox, sadece tebieten özünü belesine layiq görür. Bu da qadının instinktinden ireli gelir ve bu instinkt o qeder güclüdür ki, bütünlükde qadınların derrakesine tesir edir. Bu instinktin özünü büruze vermemesi üçün kişiler onlardan teleb olunanları vaxtaşırı olaraq öz qadınına nümayiş etdirmelidir. Bu güc, ağıl, mesuliyyet, qayğı, teşebbüs ve meişet stabilliyidir.
Növbeti punkt ise kişiler üçün psixoloji meqamdır.

3. Uzun iller bir yerde yaşadıqdan sonra kişiler öz qadınına qadın kimi yanaşmır, onların münasibıtlerinde romantika olmur, münasibetler daha çox meişeti xarakter daşımağa başlayır. Neticede qadın özünü qadınlıqdan çıxmış hesab edir. Axı qadının xoşagelme, arzu olunmaq, teessürat oyatmaq kimi telebatı var. Tedricen qadın özünü lazımsız, tenha hesab etmeye başlayır. Ağlında xeyanetle bağlı fikirler formalaşır. Daha yaxşı partnyor axtarışına çıxır. Bununla beraber şüuraltı olaraq öz erinde menfilikler axtarıb tapır, köhne söhbetler yeniden gündeme gelir. Neticede hemin qadın erine qarşı menfi emosional “bomba” hazırlamış olur, istenilen uyğun meqamda ise o, partlayacaq ve xeyanet baş verecek. Buna göre de kişiler unutmamalıdırlar ki, onların yanında neinki qayğıkeş qadın, uşaqların anası, sözün esl menasında qadın var. Herden ise qadınlığını ona hiss etdirmelisiniz.

Kişilerle qadınlarda psixoloji olaraq xeyanet anlamı bir qeder ferqlidir. Kişilerde heyata keçirme ideyası qadınlara nisbeten daha tez baş verir. Kişiler xeyanet haqda ilk narazılıqlardan sonra düşünmeye başlayırlar. Tebieten onlar daha aktivdirler, buna göre de qerar qebulu ve heyata keçmesi daha tez baş verir. Qadın ise xeyanet haqda çox götür-qoy edir, ezab çekir ve deqiq sebeb tapır.


Tarix: 28.05.2013 / 14:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 407 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri