Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çirkin olmağın üstünlükləri – SİYAHI

Böyük burun, yekə qulaqlar, geniş omba... Dərd etdiyiniz fiziki xüsusiyyətlərinizin əslində sağlamlığınız üçün "fayda"lı olduğunu öyrənmək insana çox təsəlli verər, elə deyilmi? Elə isə diqqət edək, çirkin olmağın hansı faydaları var?..

1. Böyük ombaların faydaları

Araşdırmalara görə böyük omba pis xolesterolu ortadan qaldırıb, damar sərtləşmələrinə qarşı qoruyucu olan yaxşı xolesterolu yüksəldir. Həm də böyük omba diabet riskini də ortadan qaldırır. Yağlı olmağında əhəmiyyəti var. Ombadakı və qıçlardakı yağlar yaxşı, amma qarın ətrafındakı yağlar pisdir.

2. Kiçik döşlərin faydaları

Böyük döşlər kürəkdəki qıvrımları dəyişdirərək ağrıya səbəb ola bilir. Digər tərəfdən kiçik döşlər daha həssasdır. Aparılan araşdırmaya görə böyük döşlər, kiçik döşlərdən 24 faiz az həssasdır.

3. Böyük qulaqların faydaları

Böyük qulaqlar yaşlanmaqla birlikdə yaranan eşitmə itkisini önləyə bilər. Qulağımızın xarici qismi səsləri müəyyən bir yerə toplama mövzusunda əhəmiyyətli rol oynayır. İnsanların daha yaxşı eşitmək üçün əllərini qulağının arxasına qoyduğunu görmüşük. Qulaq daha böyük olduğunda qulaq kanalınızda daha çox səs axışı yaranır.

4. Qalın barmaqların faydaları

Gözəl görünməsələr də, qalın barmaqlara sahibsinizsə, özünüzü şanslı saymalısınız. Elm adamlarına görə qısa və qalın barmaqlar insanların daha yaxşı qaçmalarına kömək edir. Uzun barmaqlarla bu funksiyaları yerinə yetirmək daha çox enerji tələb edir. Uzun barmaqlılar daha elastik tirlərə sahib olduğundan daha çox yaralanırlar.

5. Qısa ayaqların faydaları

Araşdırmalar qısa qıçların daha qalın sümüklü olduğunu, bunun sağlam yaşlılıq üçün əhəmiyyətli olduğunu göstərir.

6. Böyük burnun faydaları

Böyük burunlar bədənin infeksiya qapmasına səbəb olan toz parçacıqlarını və bakteriyaları tənəffüs etməmizə maneə törədir. Araşdırmaçılar böyük burunların pislikləri içinə 7 faiz daha az çəkdiyini göstərir. Böyük burunlar eyni zamanda soyuqdəymənin təsirlərini də azaldır.


Tarix: 25.05.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 139 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...