beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın Yaşlanır 'Ana' Olur..!

Qadın Yaşlanır 'Ana' Olur..!


Qadın doğulur başqa qadının bətninindən.
Həyata ilk qışqırığını edir;
Səssizliyi eşidir…
Atasının gözlərindəki məyusluq;
İlk yaşadığı qarışıqlıq olur.
'Səssizlik oldusa qız doğulub' sözünü öyrənir.
Susur!




Qadın uşaq olur;
Gülməsi, oynaması,
Ordan-bura qaçması xor görülür;
Əngəllənir…
'Qız xeylağı ciddi olmalıdı' sözünü öyrənir.
Susur!

Qadın məktəbə gedir;
Oxuma yazma öyrənəcəyi qədər,
Qadın olmasına çatacaq qədər.
Səbəbini anlaya bilmir;
'Oxuyub nə olacaqsanki, oxumuş ev qadını?' sözünü öyrənir.
Susur!

Qadın gənc olur;
Gəzməsi, getməsi, danışılır.
Söz gəlməsin deyə, şüşədən çölə baxmaz.
'Pis qadın' nə deməkdi öyrənir.
Susur!

Qadın evlənəcək yaşa gəlir;
Ər seçməz;
Seçilir.
'Qız xeylağını boş buraxsan ya halvaçıya ya zurnaçıya gedər sözünü' öyrənir.
Susur!

Qadın evlənir,
Evdə xidmətçi,
Mətbəxdə aşbaz,
Ərinin yanında qulluqçu olur.
'Yuvanı dişi quş qurar' sözünü öyrənir…
Susur!

Qadın aşağılanır, sözü dinlənilmir,
'Ərin vurduğu yerdə, gül bitər' sözünü öyrənir
Susur!


Qadın ana olur,
'Ərinin uşağının anası olur.
Oğlan doğmasa
Nə qadınlığını, nə analığını isbatlayır.
Oğlan doğur,
İlk dəfə alqışlanır… ki;
Yenə də ər öyülür.
'Kişi adamın kişi uşağı olur'sözünü öyrənir;
Susur!

Qadın yaşlanır 'ana' olur;
Hörməti o yaşda görür.
Danışmaq istəyir;
Vaxt gecikiir ..
Köçür gedir…
Nəhayət;
Qadın doğulur,
Böyüyür,
Yaşayır,
Ölür,

Susur ...


Tarix: 24.05.2013 / 19:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 103 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri