beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Yatmağa gedirəm: lütəm...”- Təcavüz

İngiltərədə 7 övladın anası olan qadın 11 yaşlı uşağı girov götürərək cinsi əlaqələr üçün köləyə çevirməkdə suçlanıb.


Məhkəmə onu 2,5 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az xəbər portalı "The İndependent"ə istinadən bildirir ki, Nortumberlənd qraflığının Eşinqton şəhərində yaşayan 31 yaşlı Ketrin Devidson iki məhəllə uzaqlıqdakı ailənin 11 yaşlı oğlunu oğurlayaraq ona evində cinsi təcavüzlər edib.

Fevral ayında baş vermiş hadisə ilə bağlı gedən məhkəmə prosesi dünən başa çatıb.

Qadın məhkəmədə verdiyi ifadəsində deyib: "Özümü çox tənha hiss edirdim. Ona görə həmin oğlana əvvəlcə mobil telefonla mesajlar yolladım, sonra da evimə aparıb qonaq etdim. Ona təcavüz etməmişəm".
Hakim isə bildirib ki, qadının oğlana yolladığı SMS-lər arasında ən "tərbiyəli"si "Yatmağa gedirəm: lütəm, səni sevirəm" (I’m going to sleep, I’m naked, I’m missing you) məzmunlu olub.
O da məlum olub ki, Ketrin 11 yaşlı oğlana evdə təcavüz edəndən sonra onu şəhər kənarındakı köhnə evə apararaq, orada girov saxlayıb.

Məhkəmənin qərarı ilə Ketrin Devidson bundan sonra 10 il ərzində yetkinlik yaşına çatmamış şəxslərdən uzaq durmalı, onlarla ünsiyyətdə olmamalıdır.


Tarix: 22.05.2013 / 21:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri