beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın və futbol ...

"Yer üzündə bir-birinə uyğun olmayan ikili" haqda sorğu keçirilsə, "Qadın və futbol" cavabı hər halda birinci yerdə durar. 22 adamın bir topun arxasınca qaçdığı, tərlədiyi, döyüşdüyü, məqsədinin yalnız qol vurmaq olduğu 90 dəqiqəlik bir oyunda qadını nə maraqlandıra bilər ki? Formanın rəngi, ya da xətti mi? Yaraşıqlı futbolçularmı? Bəlkə hə, bəlkə yox - amma bir gerçəklik var ki, qadınlar futbolu anlamır, anlaya bilməz!
Kişilər bir yerə yığışanda mütləq söz dönüb-dolaşıb futbola gəlir və başlayırlar müzakirələrə. Və yaxud kişi işdən gəlib divana uzanır ki, futbola baxsın. Qadın isə digər kanalda gedən seriala baxmaq istəyir - beləcə, müzakirə başlayır. Hər zamankı kimi qadınlar haqsız olur (kişilərə görə).
Qadın: Bu nədi baxırsan, 22 nəfər bir topun dalınca qaçır.
Kişi: Sən baxdığın nədi ki? Onun-bunun çəkdiyi mənasız seriallara baxırsan. Futbola baxacağıq, vəssalam.
Axırda futbola baxmalı olurlar və qadın sual dalıyca sual verir. "Ofsayt nədir? Bəc aut nədir? Və s." Bu suallar da kişiləri qıcıqlandıdır.

P.S. Bu, ancaq kişilərin düşüncəsi ilə belədir...


Siz necə düşünürsünüz, əziz xanımlar, sizcə, qadınların futbolla arası necədir?
Siz futbolu sevirsinizmi?


Tarix: 19.05.2013 / 14:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri