beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların düşmənləri nədir?

Hər bir insanın mənfi və müsbət cəhətləri vardır. Ona görə də bu həyatda ideal insan yoxdur ifadəsinə tez - tez rast gəlirik. İdeal insan həm daxilən, həm də xaricən qüsursuz olmalıdır. Yaşadığımız həyatda isə qüsursuz bəndə yoxdur. Mən indi insanların xarakteristikasından danışmayacam. Nə də ki, ideal insan necə olur araşdırmayacam. Çünki hər kəs üçün ideal anlayışı müxtəlif anlam kəsb edir.
Mövzum isə öz zərif cinsimin nümayəndələri olan qadınlardır. Kişilərin hələ də tam anlamadıqları, başlarının bəlası olan biz Xanımlarıq. Əslində biz elə də kişilərin sözü ilə desək mürəkkəb varlıqlar deyilik. Qadınlar düzdür sirli qalmağı çox xoşlayır, bunu isə hər bir kişi bəyənmir, yəqin ki, sərf etmir. Bu artıq onların necə deyərlər öz prolemləridir.
Mən xanımları tərifləməyəcəm, hətta olanı da desəm kişilər deyəcək başladı da özlərini tərifləməyə. Bu kimi sözləri eşitməmək üçün qadınların müqəddəs, əlçatmaz varlıq olduqlarını deməyəcəm, çünki bunu zamanla alimlər, görkəmli şəxslər sübut ediblər və edə - edə gedirlər.

Mən istərdim danışaq qadınların düşmənlərindən. Düşmən sözü bilirəm çoxlarını təəccübləndirə bilər. Bu söz siz fikirləşdiyiniz mənada deyil. Qadınların mənəvi düşmənlərindən söhbət edirəm. Hər bir qadının daxilində mütləq və mütləq mənəvi düşməni vardır.
Mənə elə gəlir ən böyük düşmənizim emosional olmağımızdır. Hər hansı bir hadisəyə tez reaksiya veririk, çox həssasıq. Bu isə qadına təsir edir, həm ailədə, həm işdə, həm də cəmiyyətdə və s. Biganə yanaşsaq bəlkə də bu kimi " düşmənimizdən " azad olarıq.



Sualım isə xanımlaradır : Bəs sizcə qadınların ən böyük düşməni nədir?
Həssaslıq, paxıllıq, qeybet, səbirsizlik, gözəllik, ağıl və s. bu kimi xüsusiyyətlərdən hansını göstərmək olar ki, bax bu ən böyük düşmənimizdir?


Tarix: 18.05.2013 / 13:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 75 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri