beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Qadının yeri evdi, iş yox.."

Hər zaman, dədə-babadan eşitdiyimiz bir misal var "Arvadın yeri evdi, iş yox.." Bu misal 21-ci əsrdə nə qədər düzgün səslənir ya yox bilmirəm amma dəqiq deyə bilərəm ki, aktuallığını itirmir..Hələ də qadının işləməsinə konkret desək radikal yanaşanlar var..Bəs, görəsən niyə ? Gəlin bu mövzunu biraz təhlil edək..

Gəliri yüksək olan bir ailədə, yani evə yetiri qədər maaş gətirə bilən bir kişinin həyat yoldaşının işləməsi nə dərəcə də düzgündür ? Məncə düzgün deyil.. Olmaz ki, otursun evində uşaqlara, evə baxsın ?

Bəs, az təminatlı ailədə necə ? Məncə burda dədə-babalarımızın dediyinə qarşı çıxmaq olar..Əgər qadın işləyib həyat yoldaşına yardımçı olacaqsa və yardımçı olmağı ilə bir neçə problemin (maddi) həllində kömək edəcəksə niyə də yox ?
Yaddan çıxarmayaq ki, bizə dərs deyən müəllimələr, iynəmizi vuran həkimlərin 98%-i qadınlar olub..

Sual: Kişilər, həyat yoldaşınızın işləməsinə razılıq verərsiz ya yox ?
Qadınlar, etiraz dolu şərhlərinizi oxumağa hazırıq =)


Tarix: 13.05.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri