beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geyim alarkən çalışın Doğru geyim alın...

Qadınların geyim mövzusunda nə qədər həssas olduğu bilinən bir gerçəkdir. Mütəxəssislər gözəl geyinmək istəyənlərin bədən tipinə uyğun paltarlar seçmələrini təklif edir...Hər gün ayna qarşısına keçib, nə geyəcəyinizə qərar verə bilmirsinizmi? Bədən şəklinizə ən uyğun geyimlərin hansılar olduğunu bilirsinizmi? İstər dolu, istər hamilə, istər arıq olun, sizə uyğun bir stil mütləq vardır. Beləliklə, fərqli bədən şəkillərinə uyğun paltar seçimi.


Köksünüzsə, stilinizi tapın

Dolu qadınlar ümumiyyətlə bol geyimlər və sadə rənglərlə bədənlərini gizləmək meylindədir. Ancaq bunun yerinə üzərinizə oturan, sinə və ombalarınızı qucaqlayan geyimləri seçin. Xüsusilə də 50-ci illərin tərzindəki geniş ətəklər və üzərinizə oturan köynəklər geyinin. Bədəninizin bəyəndiyiniz yanlarını önə çıxarmaq üçün aksessusarlardan istifadə edin. Unutmayın, bol geyimlər sizi daha da dolu göstərər. Rahat, yüksək dikdaban bir ayaqqabı sizi uzun göstərər. Bədəninizə oturan paltarlar daha gözəl görünər. Mütləq lazım olan isə üzərinizə oturan bir paltodur.

Arıq qadınların nəzərinə












Arıqlara ən çox qısa ətəklər yaraşar. Uyğun corab və azca hündür dabanlı ayaqqabı boyunuzun daha uzun görünməsini təmin edər. Fərqli rəng və tərzlər yerinə, sadə və tək bir rəngdən istifadə edin. Mütləq lazımlı olanlar: dizdən yuxarı ətəklər və üzərinizə oturan köynəklər.Arıq bədənə sahib olanlar üçün ən əhəmiyyətli məsələ geyimlərin üzərinizə oturmasıdır. Tək rəng geyinmək və tünd rəngləri seçmək müasir bir görünüş və bütünlük təmin edər.

Jennifer Lopez tərzi olanların diqqətinə






Armudvari bədən şəkli Beyonce və Jennifer Lopez sayəsində bəyənilən bədən tipidir. Yəni üstü incə, amma omba və budları geniş olan bir bədənə sahibsinizsə, qabarıq ətəklərdən çox, üzərinizə oturan və düz ətəkləri seçin. Xüsusilə çox yüksək dikdaban çəkmə və ayaqqabılar sizə uyğundur. Sinənizi ortaya çıxarmaq üçün korsetlər tam sizə görədir. Mütləq lazım olanlar: boru ətəkli şalvarlar möcüzə yaradar, amma bel qismində dartılıb açılmamasına diqqət yetirin. Alt və üst tarazlığı təmin etmək üçün sinənizi qaldıran geyimlərdən istifadə edin.


Tarix: 13.05.2013 / 19:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri