beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar özlərini hansı gün daha yaşlı hiss edirlər...

Elm adamları, qadınların müəyyən gün və saatlarda daha yaşlı göründüklərini irəli sürüblər..



Bir kosmetika firması tərəfindən İngiltərədə və Amerikada yüzlərcə qadının iştirakı ilə edilən araşdırma, hər 10 qadından birinin çərşəmbə gününü həftənin ən stresli günü olaraq gördüyünü ortaya çıxardıb. Araşdırmaya görə, çərşəmbə günü axşama doğru enerji balansının tükənməsi, iş stresinin artması və həftə sonundan qalan yorğunluğun bütün təsirini göstərməsi səbəbindən qadınlar yaşlı görünür və yaşlı hiss edir.

Qadınların özlərini ən xoşbəxt hiss etdikləri gün isə cümə günüdür. Araşdırmaya qatılan qadınların 60%-i, cümə günü özlərini son dərəcə xoşbəxt hiss etdiklərini bildiriblər.











Bazar ertəsi gecəsi yuxusuzluq çəkirlər..

Bazar ertəsi gecəsi, qadınların yuxusuzluqdan ən çox şikayət etdikləri gecə olaraq qeyd olunub. Yuxusuzluğun təsirləri üz və boyun ətrafında 48 saat sonra təsirini göstərdiyi üçün qadınlar, çərşəmbə günü daha yaşlı görünür.Çərşəmbə günü, qadınların xüsusilə də bazar ertəsi başladıqları rejimlərini və cild baxımlarını da ən çox tərk etdikləri gün olaraq bilinib..


Tarix: 10.05.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 67 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri