beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən Sənin Bildiyin Qadınlardan Deyiləm!

Boşuna bəhs eləmə mən bildiyin qadınlardan deyiləm. Onlardan biri olmaq istəyərdim amma bacara bilmədim.
Naz etməyi ömürüm boyunca öyrənə bilmədim.. Mənə zaman zaman komik gəlir amma qadında yaxşı dayanar öz aramızdı. Heç cür üstümə geyə bilmədiyim bir paltar kimidir naz mənim üçün. Saxta bir ədayla edildiyində, çöldən nə qədər avam dayandığını bildiyimdən, heç sınamadım.
Öz işimi özüm həll edərəm. Dırnağım varsa başımı qaşıyaram. Lampa da taxaram, evə telefon xətti də çəkərəm. Qab qapağı açmanın min bir yolunu bilərəm. Matqabla divar deşə bilər, rejimilər mebelləri özüm birləşdirə bilərəm.
İşləyib qazanaram, kimsədən mədət ümid etməm. Kiramı da ödəyərəm, . Tək daşı da sevərəm, tək bir dal çiçəyi də; etiketinə baxmaram hədiyyənin. Qızıl alsa, sabahısı gün gedib zərgərdən qiymətini soruşmaram. Könülünün qramına baxaram mən; gerisi mənə boş!
Paltar dəyişdirər kimi sevgili dəyişdirə bilmərəm. Hər gedənin və hər gələnin ruhumdan oğurlayacaqlarını bilərəm. Bitən eşqlərimi qiymətli edərəm, yaşadıqlarımdan qürur duyaram. Eşqi yaşadığım kimi yaşayaram ayrılığın ağrısını. Mismar mismarı sökməz məndə, cazibədar olmayan mismarın işə yaramayacağını bilərəm.
Gün içində yüz dəfə axtardım. Davamlı mesaj atıb, cavab verəcəksənmi deyə baxa bilməm. Yaşım 40a yaxınlaşarkən, uşaqlar kimi detektivçilik oynaya bilmərəm. Xəyanətədə söykənə bilmərəm amma cibini də qarışdırmaram. O qədər güvənmirsəm, ayrılaram. Bir daha da dönüb baxmaram.
Bildiyin qadınlardan deyiləm, ürəyim yorğundur mənim.. Hər gecə küçələrdə gəzə bilmərəm. Dinclik axtararam gecələr içində, şəhvətini də, ehtirasını da başqa cür dadaram.



Axmaq qısqanclıqlar edə bilmərəm. Çətin qadını oynayıb, dürüstlükdən çaşa bilmərəm. Ağılımdakı dilimdədir; dərdim varsa danışaraq həll edərəm. Sözlərim qiymətlidir, boş yerə çənə vura bilmərəm.
Adam olana adam kimi davranaram. Namərdlə vaxt xərcləyə bilmərəm. Sən düşsən təpik atmam; ya sənlə düşərəm, ya qaldıraram, arxamı dönüb qaça bilmərəm.
Mən sənin bildiyin qadınlardan deyiləm. İstədiyin oyunsa, mən onları çoxdan unutdum, oynaya bilmərəm. Bir eşqi tanıyaram və yaşayaram dolu dolu, bir də sevənə sahib çıxaram. Hörmət duyaram hər həyata amma daşıya bilməyəcəksənsə səni də adama deyə qoluma taxa bilməm.
Həyat yolunda bir səfərdəəm. Xəritəmi özüm çəkərəm. Qatılacaqsansa səfərimə nə , səni hər şeyimlə sevərəm. Ağılım kişi kimi işləyər, ürəyim qadındır mənim. Bacara bilməyəcəksənsə heç yolumda dayanma; mən sənin bildiyin qadınlardan deyiləm!


Tarix: 10.05.2013 / 19:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 175 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri