beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İtirilmiş kişilik (2-ci bölüm)
İtirilmiş kişilik (2-ci bölüm)

Məncə artıq bu şam yeməyi hakda danışmağa ehtiyac yoxdur.

Onlar bir yerdə yaşamağa başladılar.Zöhrə xanım sahib olduğu nə var idisə, hamısını rəsmi şəkildə Anara vermişdi.Artıq Anar, şirkətə motosikletlə gedən adi işçi yox, bahalı maşınlarla gedən müdür idi.
Həyat və zaman dayanmadan gedirdi.Artıq dörd il idi ki onbirlikdə idilər.Bir övladlarıda olmuşdu.Uşaq "daun” sindromu ilə anadan olmuşdu.Axı ağıllı Anar bu yaşda olan bir qadının problemli övlad dünyaya gətirmə ehtimalının böyük olduğunu bilməli idi.Daun sindromlu körpə isə əsas ehtimal olmalı idi.Uşaq böyüdükcə mənsub olduğu sindromun əlamətləri xarici görünüşündə və davranışlarında artırdı.Bu vəziyyət Zöhrə xanımı çox narahat edirdi.Getdikcə o uşaqdan utanırdı sanki.Bəli, məndə utanardım.O körpənin yerində olsam, bu valideyinlərdən utanardım..

Anara gəldikdə isə, bu onu narahat etmirdi.O heç uşağıyla günn ərzində yarım saat vaxt keçirmirdi.Bütün günü sevgililərinin yanında olur, ora-bura pul saçırdı.Amma bəzən gecələr, təklikdə olduğu zaman ağlayırdı.Səbəbi isə naməlum idi.Pulun və eyş-işrətin məftunu olmuş Zöhrə xanım nə edəcəyini bilmirdi.Onun beyninə bəzən axmaq fikirlər gəlirdi.Və sonda bu fikirlərdən birini seçdi..

Anarın evə tam sərxoş şəkildə gəlməsini gözləyirdi.Belə günlərin birində, Zöhrə xanım Anarla söhbət etməyə başladı:
-Anar, uşağa fikir ver.O bizə heç yaraşmır.Gələcəkdə getdiyi hər yerdə bizi biyabır edəcək.Bizim şirkətlərimizidə idarə edə bilməyəcək.
Anar içkinin təsirindən sayıqlayırdı:
-Həə?Apar at bir xəstəxananın qabağına, sorada qayıd gəl.Yaxşı fikirdi hə Nərmin?
-Yox.Elə eləsək bizi mütləq tapacaqlar.Onda lap çox biyabır olacayıq.Biz onu öldürməliyik!
Bu vaxt sanki Anara sillə vurdular.
-Başın xarabdı?Biz körpə uşağı öldürəcəyik?
-Yoxsa ona valideyinlik etmək istəyirsən sona qədər?
Anar bir az fikirə getdi.O, qəlbinin dərinliklərində bunu etmək istəməsədə, sərxoş və "Zöhrə xanımın Anarı” olan Anar, bunu etməli idi.Anar uzun sürən səssizlikdən sonra, dilləndi:
-Uşağı götür, gəl.Maşında sizi gözləyəcəm.

Zöhrə xanımın üzü güldü və tez Anar deyəni etdi.15 dəqiqədən sonra onlar üçü də maşında idilər.Anar hara sürəcəyini, necə sürəcəyini bilmirdi.Sərxoşluq və bütün vücudunu bürüyən naməlum hiss onun bütün düşünmə qabiliyyətini əlindən almışdı.Onlar evlərindən çıxıb, bir saata yaxın yol getdilər.Tamami ilə şəhərdən kənarlaşmış olduqlarına əmin olduqdan sonra, maşını saxladılar.Gecə saat 2-3 olduğundan demək olar ki, heç kəs yox idi.Arada, bir-iki maşın keçirdi. Anar maşını düzənlik bir yerdə saxlamışdı.Maşından düşüb, yoldan 100-150 metr kənara getdilər.Əllərində bir balta, bir bel, bir az parça və başqada bir neçə şey var idi.Onlar uşağı hansı yolla məhv edəcəkləri barədə yol boyu mübahisə etmişdilər.Biri onu diri-diri basdırmağın, biri isə parçalayıb basdırmağın daha yaxşı üsul olduğunu deyirdi.Ata və ana ürəyidir axı.Onların biri uşağın parçalanarkən əzab çəkməsini, digəri isə nəfəssizlikdən can verməsini istəmirdi..

Nəhayət evin kişisi – Zöhrə xanım, diri-diri basdırmaq qərarında qaldı.Anar uyğun bir yer tapıb, qazmağa başladı.10 dəqiqədən sonra uşağı Zöhrə xanımdan alıb, qazılmış yerə qoydu.Onun əlləri və bədəni inanılmaz tərzdə əsirdi.Qorxu və atalıq hissi məncə bunun səbəbkarı idi.Anar bu məzarı qazmağa sərf etdiyi zamandan bəlkədə 5 dəfə tez bir müddətdə doldurdu.Bu kiçik zaman intervalında uşağın çığırtıları ilə yanaşı, Anarın göz yaşlarıda dayanmadı.Onlar işlərini bitirdikdən sonra, tez oradan uzaqlaşdılar.


Tarix: 29.04.2015 / 10:11 Müəllif: Aziza Baxılıb: 345 Bölmə: Maraqli Hekayeler