beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadəcə, sadə şeylər barəsində düşünün | Oşo

Bir gün bir adam gəlib müdrük birindən insanın nə qədər azad olduğunu soruşur… O tamamilə azaddır, yoxsa bir məhdudlaşdırma varmıdır? Tale, alın yazısı, qismətdən başqa azad ola bilməyəcəyin məhdudlaşdırmalar yaradan bir Tanrı mövcuddurmu?

Müdrük bunu öz üslubunda cavablandırır; məntiqi yox, ekzistensial şəkildə. «Ayağa qalx,”dedi.
Adam bunun axmaq bir cavab olduğunu düşünərək: „mən sadə bir sual verdim və o isə mənə ayağa qalx deyir” ,lakin “ baxaq görək nə olacaq” deyə düşündü və qaldı.

Və müdrük, „indi isə, ayaqlarından biri yuxarı qaldır” dedi. Adam yəqin ki artıq o an dəli bir adamın yanına gəldiyini düşünür; bunun azadlığa, müstəqil olmağa nə dəxli var? Lakin o artıq gəlmişdi…və müridlərdən ibarət bir kütlə vardı; bu müdrük adama çox ehtiram var idi. Ona qulaq asmamaq hörmətsizlik olardı və bunu etsə nə olacaqdı ki? Buna görə də, ayaqlarından birini yuxarı qaldırdı, bu halda ayaqlarından biri göydə idi və digər ayağının üstündə dayanmışdı.

Və sonra usta, “Bu çox yaxşıdır, sadəcə bir şey də var. İndi isə o biri ayağını qaldır” dedi. Bu mümkün deyil! Kişi „Siz imkansız bir şey istəyirsiniz. Mən sağ ayağımı qaldırdım. Artıq sol ayağımı qaldıra bilmərəm” deyə cavab verdi.Usta da, “ Amma sən azad idin. Əvvəlcə sol ayağını qaldıra bilərdin. Bunu qadağan edən bir əmr yoxdur. Sol ayağını, yoxsa sağ ayağını qaldırmağın barədə tamamilə azad idin. Bununla bağlı sənə heç nə deməmişdim, buna özün qərar verdin. Sən sağ ayağını qaldırdın. Öz qərarınla sol ayağının qalxmasını imkansızlaşdıran da sən özün oldun. Alın yazısı, tale, qismət kimi işlərlə məşğul olmağı bir kənara qoy. Sadəcə, sadə şeylər barəsində düşün” dedi.


Tarix: 03.12.2014 / 14:20 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Maraqli Hekayeler