beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xeyir, yoxsa zərər?..

Şotlandiyalı Klark ailəsinin böyük bir xəyalı var idi. Ailə doqquz uşağı ilə birlikdə Amerikaya getmək və orada:) yeni bir həyat qurmaq istəyirdi. Hətta uzun illər işləmək bahasına başa gəlsə də, ailə başçıları Amerikaya

getmək üçün lazım olan pulu yığmışdılar. Nəhayət, Klark ailəsi pasportlarını aldılar və Amerikaya gedən gəmidə yerlərini ayırdılar. Ancaq Amerikaya yola düşməyə 7 gün qalmış ailənin kiçik oğullarını it tutdu. Həkim gəlib uşağı müayinə etdikdən sonra quduz olmaq ehtimalına qarşı onu iki həftə karantin altına aldı. Artıq ailənin bütün xəyalları puç olmuşdu. İstəsələr də, istəməsələr də, heç biri Amerikaya gedə bilməyəcəkdi. Ancaq bu hadisədən bir neçə gün keçmiş bütün Şotlandiya bir xəbərlə sarsıldı. İlk Amerika səyahətini həyata keçirən nəhəng «Titanik» gəmisi batmış və üstəlik, yüzlərlə sərnişini ölmüşdü. Ancaq kiçik oğullarını it tutduğu üçün Klark ailəsi bu gəmiyə minə bilməmişdi.

P.S. «Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz». (Bəqərə, 2/216)


Tarix: 03.12.2014 / 13:46 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Maraqli Hekayeler