beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duzlu qəhvə

Qızla bir qonaqlıqda rastlaşmışdı… Çox gözəl qız idi. Qonaqlığın sonunda qızı qəhvə içməyə dəvət etti.Qız dəvət müddətində diqqətini çəkməyən oğlanın dəvətinə təəccübləndi amma nəzakətlə qəbul etdi. Yaxınlıqdakı şirin kafedə oturdular.Gənc oğlan elə həyəcanlı idi ki, ürəyinin döyüntüsündən danışa bilmirdi..Onun bu halı qızı da narahat edirdi ...

«Mən artıq gedim» deməyə hazırlaşırdı ki, oğlan birdən kafe xidmətçisini çağırdı.

«Mənə bir az duz gətirərsən?» Dedi. «Qəhvəmə qatmaq üçün.»

Yan stollarda əyləşənlər təəccüblə oğlana baxdılar. Qəhvəyə duz! Gənc qıpqırmızı oldu utandığından.Amma duzu qəhvəsinə tökdü və içməyə başladı.

Qız maraqla «Qəribə bir ağız dadınız var.» Dedi… Cavan izah etdi: «Uşaqlıqda dəniz kənarında yaşayırdıq. Həmişə dəniz kənarında və dənizdə oynardım.Dənizin duzlu suyunun dadı ağzımdan heç əksik olmazdı. Bu dadla böyüdüm mən.Bu dadı çox sevdim. Ona görə qəhvəmə duz tökürəm. Nə vaxt ki o duzlu dadı dilimdə hiss edirəm, uşaqlığımı, dəniz kənarındakı evimizi və xoşbəxt ailemi xatırlayıram… Anamla atam hələ də o dəniz kənarında yaşayırlar.Onlardan və evimdən elə darıxıram ki… „

Bunları deyərkən gözləri nəmlənmişdi cavanın… Qız eşitdiklərindən çok təsirlənmişdi. Evini, ailəsini bu qədər düşünən bir adam, evi, ailəni sevən biri olmalı idi...Qız da danışmağa başladı. Onun da evi uzaqlardaydı. Uşaqlığı kimi ...

O da ailəsindən danışdı. Çox şirin bir söhbət olmuşdu .Görüşməyə davam etdilər və hər gözəl hekayədə olduğu kimi, şahzadə evləndi. Və də sonuna qədər çox xoşbəxt yaşadılar. Prenses nə vaxt qəhvə hazırlasa içinə bir qaşıq duz qoydu, həyat boyu… Onun belə sevdiyini bilirdi çünki ...

40 il sonra, adam dünyaya vida etdi. “Ölümümdən sonra aç» deyə bir məktub qoymuşdu sevgili qadınına. Belə deyirdi, sətirlərində: «Sevgilim, bir dənəm. Xahiş edirəm məni bağışla. Bütün həyatımızı bir yalan üzərinə qurduğum üçün məni bağışla. Sənə həyatımda bir dəfə yalan dedim… Duzlu qəhvədə.

İlk görüş günümüzü xatırlayırsanmı? Elə həyəcanlı və gərgin idim ki, şəkər tozu demək əvəzinə duz dedim. Sən və hər kəs mənə baxarkən, dəyişdirməyə o qədər utandım ki, yalanla davam etdim. Bu yalanın bizim həyatımızın təməli olacağı heç ağlıma gəlməmişdi. Sənə həqiqəti danışmağı çox düşündüm. Amma hər dəfəsində qorxudan heç nə deyə bilmədim.İndi ölmüşəm və artıq qorxmağım üçün heç bir səbəb yoxdur ...

Budur həqiqət: Mən duzlu qəhvə sevmirəm! O qəribə və axmaq bir daddır.Ama səni tanıdığım andan etibarən bu qəribə qəhvəni içtim.Həm də zərrə qədər peşmanlıq hiss etmədən. Sənin yanında olmaq həyatımın ən böyük xoşbəxtliyi idi və mən bu xoşbəxtliyi duzlu qəhvəyə borcluydum.Dünyaya bir də gəlsəm, hər şeyi yenidən yaşamaq, səni yenidən tanımaq və bütün həyatımı səninlə keçirmək istəyirəm, ikinci bir həyat boyu da duzlu qəhvə içmək məcburiyyətində qalsam da… „

Yaşlı qadının gözyaşları məktubu islatdı.

Necə oldusa bir gün biri qadına “Duzlu qəhvə necə bir şeydir?» deyə sual verdi ..

Gözləri nəmləndi qadının və üzündəki xoşbəxt təbəssümlə… Çox şirin!… dedi ...


Tarix: 03.12.2014 / 13:41 Müəllif: Aziza Baxılıb: 196 Bölmə: Maraqli Hekayeler