Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yəhudi pritçası

Bir ravvin özünün Allaha olan inamı ilə öyünürdü. Tez-tez «mən Allaha inanıram» deyə təkrarlayırdı.Bir gün gücli sel olur. Su getdikcə artırdı. Ravvinin evinə adamlar gəlib evlərini tərk etdiklərini və ordan getdikdərini deyirlər və ravvina da onlarda getməyi təklif edirlər. Lakin ravvin getməyəcəyini deyir:

— Yox, mən qalacam. Mən Allaha inanıram. O məni xilas edəcək.

Su getdikcə artırdı. Ravvinin evinə qayıq yaxınlaşdı. İçindəki adamlar ona minməyi təklif etsələr də, ravvin yenə razılaşmadı:

— Getmirəm. Mən Allaha inanıram.

Qayıq getdi. Bir azdan başqası gəldi. Ordakı adamlar yenə ravvinə qayığa minməyi təklif etsə də, o bu dəfə də getmədi. O inanırdı ki, Allah onu xilas edəcək. Nəhayət vertolyot gəldi. Ordakı adamlar ravvina minməyi təklif etdilər. Artıq bunun son şans olduğunu dedilər. Lakin ravvin bu dəfə də getməkdən imtina etdi. Su getdikcə artırdı və təbii ki, ravvin suda boğuldu. Öləndən sonra Allahla rastlaşan ravvin ondan soruşur:

— Ay Allah, mən sənə elə inanırdım. Mənim batmağıma necə imkan verdin?

Allah cavab verir:

— Üç dəfə səni xilas etməyə cəht etdim. İki dəfə evinin yanına qayıq, bir dəfə də vertolyot göndərdim.


Tarix: 01.12.2014 / 17:16 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Maraqli Hekayeler
loading...