beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsanlıq dərsi...

Vyetnamda bir Amerikan generalı "təmizlik" hərəkatı zamanı alması lazım olan bir kəndi daş daş üstündə qalmayana qədər bombalatdırır.
Xüsusi birliklər kəndi mühasirəyə alar və tək-tək evləri axtarıb "təmiz" hesabatını verib, "alındı" siyahısına bir yenisini əlavə edib elə kənddən ayrılarkən, arxalarından tək bir əl atəş edilər.
Yenə inanılmaz bir bombardman başlar. Göbələk kimi yüksələn alov topları, maşınlıların sinir pozucu səsi və arxasından qorxunc bir ölüm səssizliyi...
Yenə xüsusi seçilmiş əsgərlər hər bir deşiyi axtararlar və töküntülərin arasında bir dəri bir sümük Vyetnamlı bir uşağı əlində bir tüfənglə taparlar. Uşağı düz generalın önünə gətirərlər.
General uşağı görüncə çox təsirlənər. Heç kimsəni görmədən bombalar yağdırmağa bənzəməz qarşılıqlı əlaqə. Generalın sağ gözü taxma olar, üstəlik də xeyli diqqəti çarpan bir protez.
Uşağa dönüb :
- Bax sənə bir şans verəcəyəm. Hansı gözümün gerçək olduğunu bil, səni
gülləyə düzülməkdən qurtarım.
Uşaq bir an generalın üzünə baxar və ;
- Sağ gözün gerçək !
General çaşar ;
- Necə ola bilər ki, sağ gözüm taxmadır, niyə belə dedin?
Uşaq ;
- O daha insanca baxırdı.....- deyə cavab verər.


Tarix: 01.12.2014 / 14:17 Müəllif: Aziza Baxılıb: 80 Bölmə: Maraqli Hekayeler