beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəhənnəm əzabına dözə bilərsənmi?

Yaşadığımız dünya həyatına nəzər etsək görərik ki, günlərimiz sürətlə ötməkdədir.
Sanki bir il bir aya, ay həftəyə, həftə isə günə bənzəyir.
Əlbəttə ki, bunda möminlər üçün ibrətlər vardır.
Ey möminlər!
Həyatınızda geridə buraxdığız bu illər, aylar və günlərə nəzər salın və özünüzdən soruşun:
-Bu uzun müddət ərzində Rəbbim üçün nə etdim? Günahlardan tövbə etdim mi? Görəsən Allahın rəhmətini yoxsa qəzəbini qazandım? Cənnət yoxsa Cəhənnəm əhliyik?

Ey müsəlman düşün!
Sənin bədənin Allahın əzabına səbr edə, dözə bilərmi?
Allahu təalə buyurur:
-Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir. (Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır). Çağırır (o Cəhənnəm itaətdən) çıxanı, (imandan) üz döndərəni (Məaric surəsi 15-17)
Ey müsəlman bu əzab haqqında düşün!

Allahu təalə başqa ayədə buyurur:
-Biz onu səqərə atacağıq (orada yandıracağıq). Sən nə bilirsən (haradan bilirsən) ki, nədir səqər! O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz! İnsanı yandırıb-yaxar! Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır. (Muddəssir surəsi 27-30)
Ey müsəlman, Cəhənnəm haqqında düşün!

Əbu Hüreyrə danışırdı: «Bir dəfə biz, Peyğəmbərin yanında oturanda düşən daşın küyünü eşitdik. Peyğəmbər sallallahu aleyhi və səlləm soruşdu: «Siz bilirsiniz bu nədir?». Biz cavab verdik: «Allah və Rəsulu daha yaxşı bilər?» O dedi: «Bu – Cəhənnəmdə yetmiş il əvvəl atılan daşdır və yalnız indi o, onun dibinə çatdı» (Müslim).
Əl-Həccac, imam Səid ibn Cubeyrə deyəndə ki: «Mənə deyiblər ki, sən heç vaxt gülmürsən», - o belə cavab verir: «Mən necə gülə bilərəm ki, Cəhənəmin odu artıq qalanıb, zəncirləri qurulub, əsgərləri isə hazır vəziyyətdədirlər?»
Ey müsəlman Cəhənnəm əhli barədə düşün!
Axı heç kim sənə Cəhənnəm əhli olmayacağına dair müjdə verməmişdir.
Allahu təalə buyurur:
Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı Günahkar (kafir) kimsənin yeməyidir! O, ərinmiş mis (yağ) kimi qarınlarda qaynar; Qaynar su qaynayan kimi! (Allah əzab mələklərinə buyurar: ) “Onu tutub Cəhənnəmin tən ortasına sürüyün! Sonra başına əzab olaraq qaynar su tökün! (Duxan surəsi, 43-48)
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur:
Bu ağacdan bir damla yer üzünə tökülsəydi, insanların həyatını korlayardı. (İmam Əhməd)

Görəsən bu ağacdan yeyənin halı necə olacaq? Bunu düşündünüzmü?

Ey müsəlman! Sırat körpüsündən keçəcəyin günü düşün!
Orada keçə biləcəksənmi. Təsəvvür et. Artıq növbə sənindir. Qarşında tükdən nazik, qılıncdan iti Sırat körpüsü vardır. Kimi oranı ildırım sürəti ilə kimi isə sürünə-sürünə keçdi. Kimiləri də keçə bilməyib gözünün önündəcə Cəhənnəmə yuvarlandı. O anı təsəvvürünə gətir. Cəhənnəmə yuvarlanan kəslərin ah-naləsi və qəlbində Cəhənnəmə düşmək qorxusu. Bu səsləri eşidərkən nə hiss edəcəksən?
Və həmin an bilirsənmi sənə nə sual ediləcək? Sənə deyiləcək:
-Nəyinə güvənirdin ey Adəm övladı?
Axı nəyinə? Bu dünyadakı var-dövlətinəmi, dost tanışamı, yoxsa nəsil-nəcabətinəmi?

Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur:
-“Mən Cəhənnəm gözətçisi olan mələyi- Məliki heç zaman gülən görmədim. Cəhənnəm yaradılandan sonra o bir daha gülmədi.”
Bəs sən? Qəh-qəhə çəkib gülərkən o dəhşətli gün haqda düşündünmü?

Allahu təalə buyurur:
Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq!”. (Məryəm 71-72).
Sələflər bu ayəni eşidəndə ağlayardılar.
Abdullah b. Rəvaha – radıyallahu anhu – bu ayəni eşitdikdə ağlamağa başladı. Zövcəsini, yaxınlarını da ağlatdı. Ondan nə üçün ağladığını soruşduqda o: “Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür – Cəhənnəmə qəti olaraq girəcəyimi, lakin oradan çıxıb-çıxmayacağımı qəti olaraq bilmədiyim üçün ağladım”.
Əbu Meysərə – rahmətullahi aleyhi - yatağına girdiyi zaman dedi: “Kaşki anam məni doğmayaydı?”. Zövcəsi: “Allah səni İslamla mükafatlandırdı” dedi. O: “Allah mənim Cəhənnəmə girəcəyimi bildirdiyi halda oradan çıxıb-çıxmayacağımı bildirməmişdir”.
Həsən – radıyallahu anhu – deyir ki, bir nəfər qardaşına: “Ey qardaşım, Cəhənnəmə mütləq girəcəyini bilirsənmi?”. O: “Bəli” dedi. O, da: “Bəs, oradan çıxıb-çıxmayacağın haqda bir şey eşitdinmi?”. O: “Xey”. Onda nə gülürsən” dedi. Bu adamı o, gündən sonra gülən kimsə görmədi”. Həsən – radıyallahu anhu – deyir ki: “Vallahi oraya girən hər bir mömin üzülür. Allah onun Cəhənnəmə girəcəyini və çıxmayacağını bildirdiyi halda necə üzülməsin?” ( Əhməd.)


Tarix: 10.04.2013 / 20:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 269 Bölmə: Maraqlı melumatlar