beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimiz (sallallahu aleyhi vasəlləmin) hicrəti

Məhəmmədin (ona və ailəsinə salam olsun) peyğəmbərlik dövrü (610-632).
Həzrəti Məhəmməd (ona və ailəsinə salam olsun) 40 yaşında peyğəmbər oldu. 23 illik peyğəmbərlik dövrünün 13 ilini Məkkədə, 10 ilini Mədinədə keçirdi. Peyğəmbərliyindən hicrətə qədər davam edən 13 il müddətinə “Məkkə dövrü” (610-622), Hicrətdən vəfatına qədər olan 10 illik müddətinə də “Mədinə dövrü” (622-632) deyilir.

İlk müsəlmanlar.

“-Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!)” (əl-Vaqiə (Vaqiə) surəsi, 10).
Məhəmməd peyğəmbərə (ona və ailəsinə salam olsun) ilk iman edən, onunla birlikdə ilk dəfə namaz qılan insan, həyat yoldaşı Xədicə (Allah onan razı olsun) oldu. Daha sonra övladlığı Xarisə bin Zeyd və əmisinin oğlu hz. Əli (Allah onan razı olsun) müsəlman oldular.

Əbu Bəkrin müsəlman olması.
Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) yaxın və ən səmimi dostu olan Əbu Kuhafənin oğlu Əbu Bəkr Qüreyş qəbiləsinin Teymoğulları qolundandır. Ata və ana tərəfindən nəsli Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) nəsli ilə Mürrədə birləşir. Əbu Bəkrin Məkkədə Qüreyş içərisində böyük bir etibarı var idi. Zəngin və dürüst bir tacir idi. Aralarındakı güvən və səmimiyyət səbəbilə peyğəmbərimiz (ona və ailəsinə salam olsun) ailəsindən kənar olaraq ilk dəfə Əbu Bəkri islama dəvət etdi. Əbu Bəkr də bu dəvəti tərəddüdsüz olaraq qəbul etdi. Əbu Bəkr cahiliyyə vaxtlarında bütlərə ibadət etməmiş, dilinə bir qurtum içki vurmamışdır. Əbu Bəkrin müsəlman olmasıyla peyğəmbərimiz (ona və ailəsinə salam olsun) böyük bir dəstəyə qovuşmuşdur. Onun əziyyət və cəsarətiylə Məkkənin əhəmiyyətli şəxsiyyətlərindən Affan oğlu Osman, Avf oğlu Əbdürrəhman, Əbu Vəqqas oğlu Səd, Avvam oğlu Zübeyr, Ubeydullah oğlu Təlha da islamı qəbul etdilər. Xədicədən sonra müsəlman olan bu səkkiz şəxsiyyətə ilk müsəlmanlar (Sabiquni islam) deyilir.

Hicrət

Hicrət bir yerdən başqa bir yerə köçmək deməkdir. Müşriklərin zülmü üzündən Məkkədə müsəlmanlar sığınacaqsız qalmışdılar. Buna görə də 2-ci Əqəbə beyətində Məhəmməd peyğəmbər (ona və ailəsinə salam olsun) və müsəlmanların Mədinəyə hicrəti qərarlaşdırılmışdı. Allah rəsulunun (ona və ailəsinə salam olsun): “Sizin hicrət edəcəyiniz yerin iki qara daşlıq arasında xurmalıq bir yer olduğu mənə göstərildi” (əl-Buxari, 4/255, Təcrid tərcüməsi, 10/86) deyərək müsəlmanların Mədinəyə hicrətinə icazə verdi. İkinci Əqəbə beyəti peyğəmbərliyin 12-ci ilinin son ayı olan Zilhiccədə olmuşdur. 13-cü ilin ilk ayı olan Məhərrəmdə (İyul, 622) Mədinəyə hicrət başladı. Məkkədən Mədinəyə ilk hicrət edən Bəni Məhzum qəbiləsindən olan Əbdüləsəd oğlu Əbu Sələmə, ən son hicrət edən isə Peyğəmbərin (ona və ailəsinə salam olsun) əmisi Abbas (Allah onan razı olsun) olmuşdur.
Məkkənin fəthinə qədər keçən müddət ərzində Allahın razılığını qazanmaq üçün evini, bağını, malını, mülkünü, ailəsini, qəbiləsini, əqrəbasını, bütün varlığını Məkkədə qoyaraq, peyğəmbərin icazəsi və göstərişi ilə Mədinəyə köçən Məkkəli müsəlmanlara “mühacirun” adı verilmişdi.
Mədinədə mühacirləri qonaq edən, onlara bütün imkanları ilə kömək edən Mədinəli müsəlmanlara da “ənsar” deyilirdi. Məhərrəm və Səfər aylarında müsəlmanlar ailələri ilə birlikdə hicrət etdilər.

Hicrət, müsəlmanları müşriklərin zülm və təzyiqindən qurtarmış, islamın yayılma imkanını genişləndirmiş, bu da islam inqilabının başlanğıcı olmuşdur. Bu hadisədən 17 il sonra Ömər bin Xəttabın (Allah onan razı olsun) xilafəti vaxı Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) hicrət etdiyi ilin 1 Məhərrəm (16 İyul 622-ci il) hicri qəməri təqvimi üçün “təqvim başlanğıcı” olaraq qəbul olunmuşdur.
Məhəmməd peyğəmbərin (ona və ailəsinə salam olsun) hicrəti peyğəmbərliyin 13-cü ilində, 12 Rəbiəl-əvvəl ayında olmuşdur.
Mədinə dövrü
Hicrət vaxtında Mədinədə məscid yox idi. Allah rəsulu (ona və ailəsinə salam olsun) namaz vaxtı gələndə harada olardısa, namazı orada da qılardı. İlk məscid hicrətin ilk günlərində Qubada tikildi.
Məscidin bir tərəfində ətrafı açıq, üstü xurma budaqlarıyla örtülü bir kölgəlik (çardaq, suffə) düzəldildi. Evi və ailəsi olmayan yoxsul müsəlmanlar burada qaldıqları üçün onlara “əshabi-suffə” deyilmişdir.


Tarix: 10.04.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 273 Bölmə: Maraqlı melumatlar