beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəbiristanlıqda insanlara nəsihət edərək səmimi kəlamlar söyləmək olar?

Sual-Qəbiristanlıqda (cənazəni basdırmaq üçün gələn insanlara) dini nəsihət edərək səmimi (ixlaslı) kəlamlar söyləməyin doğru olmasına dair dəlil varmı? Belə ki, bəzi insanlar bu cür etməyə etiraz edirlər. Sizdən xahiş edirik ki, bizə bu barədə məlumat verin və Allah sizi xeyirlə mükafatlandırsın.

Cavab: Peyğəmbərdən sallallahu aleyhi və səlləm birdən çox yolla varid olmuşdur ki, insanlar qəbiristanlıqda (meyitin) basdırılmasını gözlədikləri əsnada insanlara dini nəsihət edərək səmimi kəlamlar söyləyərdi. Bu nümunədən bəlli olur ki, qəbiristanlıqda insanlara dini nəsihət etməklə səmimi kəlamlar söyləmək məşrudur (şəriətdə icazə verilir). Bunu peyğəmbər sallallahu aleyhi və səlləm etmişdir. Çünki bu cür kəlamlar özündə ölümü, cənnət və cəhənnəmi və axirətə dair digər məsələləri yada salmağı ehtiva edir və insanları Allah ilə görüşə hazırlaşmağa həvəsləndirir, buna təşviq edir.


Müvəffəq edən Allahdır.

Əd-Durar ən-Nə`zira fil Fətəvə əl-Muə`sirə, səh. 676-677


Tarix: 06.04.2013 / 14:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqlı melumatlar