beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlara baxmağa aludə olan insan bunun qarşısını necə alsın?

Sual: Bəzənmiş, zinətlənmiş qadınlara baxmaq adətindən, vərdişindən əziyyət çəkirəm, çəkinə bilmirəm. Çox vaxt baxışlarımı, gözlərimi aşağa sala bilmirəm. Xahiş edirəm mənə nəsihət edin. Nə edim?

Cavab: Həmd Allaha məxsusdur.

İrinli yarası olan bir insan zəhəri uzaqlaşdırmaq üçün hər bir vasitədən istifadə etməlidir, onu padzəhər (zəhər əleyhinə vasitə) və məlhəmlərlə sağaltmalıdır. Buna bir neçə yolla nail olmaq olar:

1. Evlənmək-çünki peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Sizlərdən biriniz bir qadının zinətlərini (gözəlliklərini) görsə, öz zövcəsinə yaxınlaşsın (əlaqədə olsun). Çünki digərlərində olan zinət onda da var”. Bu cür davranmaq onun şəhvətini azaldacaq və kor-koranə aludə olmasını, vurulmasını zəiflədəcəkdir.

2. Gündəlik beş namazı əda etməyə davam etmək, dua söyləmək və şəfəq sökülməmişdən qabaq o müddətdə Allaha yalvarmaq. Dua edərkən xuşu ilə etməlidir. Çoxlu dua etməlidir. Məsələn: “Ya muqallib əl-quluub səbbit qalbi alə diinik” (Ey qəlbləri çevirən Allah! Qəlbimi dinin üzərində sabit et); “Ya musarrif əl-quluub, sarrif qalbi ilə taaətikə va taaəti rəsuulikə” (Ey qəlbləri idarə edən! Qəlbimi Sənə və rəsuluna itaətə yönləndir). Həmin insan dua və Allaha yalvarışına davam edərsə, Allah təala onun qəlbini həmin şeydən (meyl etdiyi şeydən və s.) uzaqlaşdırar. Necə ki, Allah təala buyurur: “Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!” (Yusif 12:24)

Sitatın sonu. Fətəəvə əl-Kubra (3/77), Şeyx ul-islam ibn Teymiyyə Allah ona rəhmət etsin.

3. Bəzənmiş, zinətlənmiş qadınların olduğu yerlərdən uzaq olmaq. İnsana təsir edən və qəlbi zəiflədən surətlər göstərən televiziya kanalları və.s şeylərdən uzaq olmaq.


Tarix: 05.04.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Maraqlı melumatlar