beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranın tərcüməsini mütaliəyə görə savab yazılır?

Sual: Əssalamu aleykum. Sözün doğrusu sizin qeyd etdiyiniz hədis ilə əlaqədar sual vermək istəyirəm . Hədisdə deyilir: “Kim Allahın Kitabından bir hərf oxusa, bununla ona bir savab yazılır. Bu savab isə on savab mislindədir. Mən demirəm “əlif, ləm, mim” bir hərfdir. Əksinə, əlif bir hərf, ləm bir hərf, mim bir hərfdir”. Mənim üçün maraqlıdır, görəsən bu hədis həmçinin Quranı ərəb dilindən başqa bir dildə oxuyaraq başa düşmək məqsədilə mütaliə edən üçün də tətbiq olunur, yəni eyni savab ona da yazılırmı? Təşəkkür edirəm. Allahu Əkbar.

Cavab:

Həmd Allaha məxsusdur.

Sizdə olan bu maraqa, hərisliyə görə Allahdan diləyimiz budur ki, sizi mükafatlandırsın. Sizin sualınıza cavab olaraq deyirik ki, bu hədisdə zikr olunan savab yalnız Quranı ərəb dilində oxuyan kəsə yazılır. Başqa bir dildə Quranın mənaca tərcüməsini oxuyan kəsə həmin savab yazılmır. Bununla belə, bir kəs mənasını başa düşmək və Qurandakı ayələrdən faydalanmaq üçün mənaca tərcüməsini oxuyursa , o zaman bu əməlinə görə ona savab yazılır. Onun savabı Allahın dərgahındadır. Çünki müsəlman Quranın təfsirini oxuduğuna görə savab alır və tərcümə təfsirdir. Lakin hədisdə qeyd olunan savabın Quranın tərcüməsini oxuyan kəsə veriləcəyinə dair bir işarə yoxdur.

Allahın lütfü əzəmətli, çox böyükdür. Allah daha yaxşı bilir.


Tarix: 05.04.2013 / 19:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Maraqlı melumatlar