beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təsabih namazı neçə rükətdir?

sual-
Salam aleykum.Tesabih namazini iki ruket iki ruket qilirlar yoxsa dort ruket?Salam
aleykum

cavab-
va aleykum salam
Təsabih namazI dörd rukət qılınır.

Abdullah ibn Abbas (Allah ondan razı osun) belə rəvayət edir: Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) - Abbasa (Allah ondan razı osun) belə buyurdu: «Ey əmim Abbas! Sənə elə var-dövlət, bəxşiş verim ki, ona əməl etsən Allah sənin on xislətini (nöqsan, qüsur, eyib) – əvvəldə və sonda, keçmişdə və hazırda, qəsdən və səhvən, kiçik və böyük, gizlində və aşkarda olan günahlarını bağışlasın? Dörd rək'ət namaz qıl!

! Hər rək'ətində Fatihə surəsini və digər surələr oxu! Birinci rək'ətdə surələri oxu¬yub qurtardıqdan sonra qiyamda ikən on beş dəfə «Subhanəllahi vəl-həmdulilləhi və lə iləhə illəllahu vəllahu əkbər» de! Sonra rüku et və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra rükudan qalx dikəl (və qiyamda) on dəfə bu duanı de! Sonra səcdə et və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra səcdədən qalx otur və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra bir daha səcdə et və (o vəziyyətdə) on dəfə bu duanı de! Sonra səcdədən qalx otur və (o vəziyyətdə) on dəfə bu duanı de! Hər rək'ət əsnasında duaların cəmi sayı yetmiş beş olmaqla dörd rək'ətdən ibarət namaz qıl! İmkan daxilində gündə bir dəfə, yaxud Cüm'ədə (həftədə) bir dəfə, yaxud ayda bir dəfə, yaxud ildə bir dəfə, yaxud da ömründə bir dəfə olsa belə bu namazı qıl!»


Tarix: 04.04.2013 / 21:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Maraqlı melumatlar