beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geniş ev müsəlmanın səadətindən sayılırmı?

Geniş ev müsəlmanın səadətindən sayılırmı?


Sual: Kiçik ev müsəlmanın bədbəxtliyindən sayılırmı?

Cavab: Həmd Allaha məxsusdur.

Geniş ev müsəlmanın səadətindəndir, necə ki, hədisdə varid olmuşdur. İmam Əhməd (15409) Nəfi ibn Abdulhərisin Peyğəmbərin sallallahu aleyhi və səlləmdən belə dediyini rəvayət edir:

“Yaxşı qonşu, rahat minik və geniş məskən insanın xoşbəxtliyindəndir”. Şeyx Albani (Səhih əl-Cami əsəri, ? 3029) hədisi səhih olaraq təsnif etmişdir.

Hakim və Əbu Naim, Sad ibn Əbi Vaqqasdan rəvayət edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Dörd şey səadətdəndir: saleh zövcə, geniş məskən, saleh qonşu və rahat minik. Və dörd şey də bədbəxtlikdəndir: pis zövcə, pos qonşu, pis minik və dar məskən”. Şeyx Albani, Allah ona rəhmət etsin (Səhih Əl-Cami əsəri, ? 887) hədisi səhih olaraq təsnif etmişdir.

Burada ifadə olunan məna budur ki, bu deyilənlər dini deyil, dünyəvi səadətin bir hissəsidir. Səadət mütləq və məhdud olur. Mütləq xoşbəxtlik hər iki dünyada olan xoşbəxtlik, məhdud xoşbəxtlik isə məhdudlaşdırılan şeyə görə olur.
Kim yuxarıda zikr olunan şeylər ilə ruziləndirilərsə, o kəs gözəl həyat yaşayacaqdır və bu dünyada xoşbəxt olacaqdır, çünki bu şeylər bədənə və qəlbə rahatlıq gətirir, həyatı daha rahat edir.

Hədisdə qeyd olunan bədbəxtlikdən ifadə olunan məna “sıxıntı”dır. Necə ki, Allah təala ayədə buyurur: “Biz dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan.” (Ta-Ha 20:117)

Kim pis zövcədən, pis evdən və pis minikdən əziyyət çəkirsə çox vaxt sıxılır; evin dar olması köksü sıxır, həddindən artıq kiçikdirsə o zaman o özünü təzyiq altında, sıxıntılı və fikirli hiss edir.

İnsanın Rəbbindən geniş ev istəməsi şəriətdə məşrudur. Buna dəlil Tirmizinin (3500) Əbu Hureyradan radiyallahu anhu rəvayət etdiyi hədisdir. Allah Rəsulu sallallahu aleyhi və səlləm bir gecə dua edərək dedi: “Ey Allahım, mənim günahımı bağışla, evimi geniş et və məni ruziləndirdiyin şeyə bərəkət ver”. Albani, Allah ona rəhmət etsin, (Səhih-əl-Cami, ? 1265) hədisi həsən olaraq təsnif etmişdir.

Hər iki dünyada Allahdan bizi xoşbəxliklə ruziləndirməsini diləyirik.
Daha doğrusunu Allah bilir.




Muhəmməd Saleh əl-Münəccid


Tarix: 02.04.2013 / 20:00 Müəllif: *Beyaz_Gul* Baxılıb: 213 Bölmə: Maraqlı melumatlar