beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kahin və falçılar qeybi bilirmi, üç talaq məsələsi

Sual: Yəməndən bir qardaş bildirir ki, Sindiyyə adlı iyirmi yaşında bir qadın var. İnsanların mallarını soyub-sovurur və cahil, nadan, avam insanlardan bir çoxu onun yanına yollanırlar və ondan qürbətdə olan insanlar, onların nə vaxt gələcəkləri barədə soruşurlar, eləcə də xəstə insanlar şəfa tapmaq məqsədilə ona üz tuturlar. Qadın örtünərək gəlir və sonra səsini dəyişdirərək filankəs filan vaxtı gələcək, filan gündə və yaxud ayda gələcək və yaxud gəlməyəcək deyə bildirir. Filan xəstə şəfa tapacaq və bu da onun üçün “yazdığım duadır”. Yaxud da “dua” ona fayda verməyəcək. Qadınlara ərləri barədə xəbər verir.

Elə mənim öz zövcəm. Onun yanına gedib və qadın ona bildirib ki, sənin ərin başqa biri ilə evlənmək barədə düşünür. Zövcəm də mənə məktub göndərərək boşanma sənədini tələb edir. Mən də ona tələb olunan sənədi göndərdim və onu üç dəfə xulu talaq ilə (zövcəsini geri götürmək mümkün olmayan son boşanma həddi) boşadım. Bilmək istəyirəm ki, bu boşanma etibarlıdır yoxsa etibarsız? Belə ki, bu məsələnin üstündən artıq altı ay keçib. Bunun səbəbinin nə olduğunu bilmirəm. Həmin qadın iddia edir ki, onun yanında cinlərin nüfuzluları var, məlumatları
ona çatdırırlar. Kişilərdən bir çoxuna deyir ki, sizin zövcələriniz (arvadlarınız) başqa kişilər ilə gəzirlər və məqsədi budur ki, ər ilə arvadın arasını vursun. Sualım belədir ki, cinlər arasında qeybi bilən nüfuzluları varmı? Xahiş edirəm bu məsələni mənə ətraflı başa salasınız.


Cavab: Allaha həmdü-sənalar olsun.

Həmin qadın kahinlərdən biridir. Çünki gələcəyi bildiyini iddia edir. Və hər kim gələcəyi bildiyini iddia edərsə həmin şəxs yalançı bir kahindir və onun yanına getmək, eləcə də onun söylədiklərini təsdiq etmək qadağandır. Daha doğrusu onun söylədiklərini təsdiq etmək Qurani Kərimi təkzib etmək, yalanlamağa bərabər tutulur. Çünki Allahu Təala buyurur: “De: 'Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz.” [ən-Nəml 27:65]

Qeyb-gələcəyə dair məsələlərin insandan gizli qalmasıdır. Qeybi isə Allah Azzə və Cəllədən başqa heç kəs bilmir. Qeybi bildiyi iddiası ilə çıxış edən bu qadın bundan başqa Quranı təkzib edir. Odur ki, səlahiyyət orqanları ölkələrində bu cür şeylərin baş verməməsi və nəticədə insanların öz əqidə və inanclarına zidd hərəkətlər etməməsi- belə ki, bunlar Allahın Kəlamı və Onun Rəsulunu (Ona Allahın salavatı və salamı olsun) təkzib etmək deməkdir-üçün müvafiq tədbirlər görərək bunların qarşısını almalıdırlar. Bu qadının qeybə dair məsələləri bildikləri iddiasını təsdiq etmək isə qəti olaraq qadağandır. Əgər hətta onun söylədikləri işdir üst-üstə düşərsə bilmək lazımdır ki, bu sadəcə təsadüfdür, yaxud (Allah Təala mələklərinə əmr verərkən) onlardan oğurlayıb eşitdikləri və sonra da öz yalanına don geydirmək üçün saysız-hesabsız yalanları əlavə etdiyi şeylərdir.

Qadının cinlərin nüfuzluları ilə danışdığına gəldikdə bilin ki, onun bu iddiası də həmçinin yalandır. Çünki falçıların söylədiyi və qeyd etdiyi hər bir şey öz falçılıq biznesini bəzəmək üçün istifadə etdiyi vasitələrdir.

Odur ki, onun bütün söylədikləri təkzib olunmalıdır. Quranı Kərimin ayələrində deyilir ki, cinlər qeybi bilmirlər. Allah Təala buyurur: “Süleymanın ölümünə hökm verdiyimiz zaman onun öldüyünü cinlərə ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. Süleyman yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar.” [əs-Səba 35:14]

Nə cinlər, nə mələklər, nə də insanlar, qeybi heç kəs bilmir.

“De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz.” [ən-Nəml 27:65]


Sübhənahu və Təala buyurur: “O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz;
Razı qaldığı elçidən başqa. Həqiqətən, O, onların önündə və arxasında gözətçilər qoyur” [əl-Cinn 72:27]

Zövcəsini üç dəfə boşamaq xüsusuna gəldikdə bu məsələ üç dəfə talaq vermək məsələsidir. Kişi bundan sonra zövcəsinin geri götürmək istəyirsə, bax burada elm əhli arasında ixtilaf var. İxtilafın mövzusu budur ki, kişi əgər öncədən iki talaq baş verməyibsə zövcəsini geri götürə bilərmi yoxsa geri götürmək haqqı yoxdur? Bu məsələdə üstün rəy budur ki, kişi zövcəsini belə olduğu halda yəni öncədən iki talaq baş verməyibsə geri götürə bilər. Səhih Müslim əsərində İbn Abbasın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə bildirilir ki, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) vaxtında, Əbu Bəkrin vaxtında və Ömərin xəlifəliyi dövründə iki il “üç boşanma” bir talaq kimi sayılırdı. Elə ki, insanlar bu məsələyə etinasız yanaşıb məsələnin əhəmiyyətini göz ardı etdilər Ömər (Allah ondan razı olsun) belə dedi:

“Görürəm ki, insanlar onlara fürsət verilən bir məsələdə tələsdilər”

Deyirəm bəlkə, onlar üçün bunu qüvvəyə mindirək. Bu açıq-aydın mətndir. Belə ki, boşanmış qadın ilə bağlı üç talaq məsələsini qüvvəyə mindirmək möminlərin əmiri Ömərin (Allah ondan razı olsun) ictihadıdır. Şəriət mətnlərinə baxdıqda aydın olur ki, məsələ bu cür deyil, sadəcə bu Ömərə aid bir ictihaddır.

Üç talaq məsələsi şəriət qoyana aid bir məsələdir, insana aid deyil. Əgər bir insan “Əstəğfirullah” söyləyib ardınc “3” söyləsə, “Sübhənallah” söyləyib “3” söyləsə, hər namazın arxasınca “Sübhənallah, vəlhəmdulilləh, və lə iləhə illəllah vallahu Əkbar söyləyib ardınca “33” rəqəmini tələffüz etsə, sonra şəriətdə buyurulanları söyləsə, ona üç yüz otuz savab yazılmır. Madam ki, şəriətdə təşviq edilən və Allah Azzə və Cəlləyə xoş gələn məsələlərdə bu zikr və itaət heç bir nəticə vermirsə, talaq kimi mübah həddində olan məsələlərdə necə?

Məsələnin təhlili və səhih qiyas üç talaqın bir hesab edildiyini şərtləndirir. Bu məsələ həm şəriət mətnləri, həm də təhlil ilə gücləndirilir. Necə ki, Allah Sübhənahu və Təala peyğəmbərinə xitab edərək belə buyurur: “Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın,” [ət-Talaq 65:1]

Gözləmə müddətini bitirdikdə onları boşayın. İddət ilə boşanma qadın ərinin evində olduqda gerçəkləşir. Yəni, iddət vaxtı hələ boşanmış sayılmır. Çünki əgər qadın iddət müddətində boşanarsa iddətdən boşanmış hesab edilmir.

Bu səbəbdən də , elm əhli, Allah onlara rəhmət etsin, bildirirlər ki, əgər bir kişi zövcəsini bu gun boşasa, iki dəfə aybaşı gördükdən sonra təzədən ikinci dəfə talaq verərsə, bu ikinci talaq sayılmır, çünki qadın bu boşanma ilə iddətə təzədən başlamır və bu da göstərir ki, qadın gözləmə müddətinin xaricində boşanmışdır.


Bir halda ki, boşanma iddət xaricində baş vermişdir, deməli bu şəriətdə buyurulan qaydada gerçəkləşməyib.




Çünki Allah təala buyurur:
“onları gözləmə müddətlərində boşayın”

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə söylədiyi sübuta yetirilib: “Hər kim bizim bu dinimizə ondan olmayan bir şey gətirərsə o rədd olunur (qəbul olunmur)”.”

Şeyxu-l İslam ibn Teymiyyə, Allah ona rəhmət etsin, bildirir ki, üç boşanma hətta ayrı-ayrı sözlər ilə olsa belə yenə də bir sayılır. Yox əgər xulu (1) edərək zövcəsini qaytararsa və yaxud yeni nikah əqdi bağlayarsa bu istisnadır.

Qeyd: İddət: Gözləmə müddəti. Ərindən ayrılan qadının, başqası ilə evlənə bilməsi üçün, üç dəfə aybaşı görüb təmiz olana qədər keçən zaman. (Ərindən boşansa 100 gün, əri ölsə 130 gün.)


Tarix: 02.04.2013 / 19:50 Müəllif: *Beyaz_Gul* Baxılıb: 402 Bölmə: Maraqlı melumatlar