beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səbr haqqında Moizə və Hekayə

Səbr ruhun məlakəsidir, gözəl bir xasiyyətdir. Dözülməsi çətin və nəfsə ağır gələn şeylərə qatlaşmaq ancaq səbr ilə olur. Hər cür biabırçılığın səbəbi səbrsizlik vəya gərəkdiyi qədər səbr göstərməməkdir.
Sevgili Peyğəmbərimiz s.ə.s.yaxın dostu Hz. Əbubəkr ilə oturmuşdular. Mədinənin isti günlərindən idi. Biraz sonra içəri bir adam girdi. Ətrafına baxdıqdan sonra Hz. Əbubəkrin yanına oturdu. Və həmin dəqiqə Hz. Əbubəkirə çirkin sözlər deyib, tahqir etməyə başladı.
Hz. Əbubəkir səbrlə dinləyirdi. Hadisəyə şahid olan Hz.Peyğəmbər s.ə.s. bu hörmətsiz insanın həddi aşan çirkin sözlərindən narahat olsa da bir müddət susdu. Hörmətsiz insan kimin hüzurunda olduğunu bilmirmiş kimi davam edirdi.

Bu insanın çirkin sözlərindən narahat olmağa başlayan Hz. Əbubəkr dayana bilməyib həddi aşmadan, bu insana cavab verməyə başladı. Hz. Peyğəmbərin hüzurunda olan Hz. Əbubəkr biraz daha sussa Hz. Peyğəmbərin narahat olacağını düşünərək cavab vermişdi. Hz. Əbubəkrin cavab verməyə başladığı an Peyğəmbərimiz s. ə. s. ayağa qalxıb, oranı tərk edir. Hz. Peyğəmbərin uzaqlaşdığını görən Hz. Əbubəkr təlaş içində Peyğəmbərimiz s.ə.s.-in dalıyca qaçır, digər tərəfdən də həyəcan və qorxu içində deyir:

-Ey Allahın elçisi, sizi narahat edəcək bir şey elədim? Yalnış bir şey eləmişəmsə Allaha məni bağışlaması üçün yalvarıram.
Hz. Peyğəmbər çox sevdiyi dostuna belə buyurdu:
-Əbubəkr! O adam sənə küfür edib, sataşmağa başlayanda sən səbr etdin, susdun. O anda Yücə Allahın yolladığı bir mələk sənin adına o adama cavab verir, sənə dua edirdi. Sən susduqca mələk səni qoruyurdu. Elə ki, sən də cavab verməyə başladın, o anda mələk oranı tərk etdi və ora şeytan girdi. Mən şeytanın olduğu mühitdə durmaram. Mənim oranı tərk etmə səbəbim bu idi.


Tarix: 04.12.2014 / 12:04 Müəllif: Aziza Baxılıb: 142 Bölmə: Maraqlı melumatlar