beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mövlanadan Hz.Yusifə

Hz. Mövlana deyir ki:

"Buğdanı torpaqaltına qoyarlar, sonra ondan başaqlar bağlarlar.
O buğdanı təkrar dəyirman daşı altında əzərlər, o vaxt qiyməti artar, çünki can artıran çörək olar.
Onu təkrar dişlərlə tapdalayıb əzərlər, o zaman da ağıl, anlayış və həyat olar…"
2- Dünyada Axirət Üçün Hazırlıq Etmək

Hz. Mövlana deyir ki:
"Ey igid! Dostu görməyə əli boş getmək, dəyirmana buğdasız getməyə bənzər. Uca Allah belə məhşər günü, xalqa/halqa, "Haşir (Qiyamət) günü üçün hədiyyəniz harada? Özünüzə gəlin! Qiyamət günü üçün nə hədiyyəniz var, nə gətirdiniz? Yoxsa təkrar dönüb gələcəyinizi ümid etmir idinizmi, sizə bu günün vədi batil kimimi göründü?" deyər.
Yeməyi, yatmağı bir az azalt da ONunla görüşmək üçün bir hədiyyə apar. Gecələri az yatanlardan, səhər çağlarında istiğfar edənlərdən ol."

Uca ALLAH belə buyurmuşdur:
"Ey iman edənlər! Allahdan qorxun və hər kəs, sabaha nə hazırladığına baxsın. ALLAHdan qorxun, çünki Allah, etdiklərinizdən xəbərdardır." (59/Haşr surəsi, 18. ayə)
"(Ey möminlər! Axirət üçün) azuqə əldə edin. Bilin ki azuqənin ən xeyirlisi təqvadır. Ey ağıl sahibləri! Məndən (əmrlərimə müxalifətdən) çəkinin." (2/Bakara surəsi, 197. ayə)
"Dünya axirətin tarlasıdır (Dünyada nəyi əksən, axirətdə onu biçərsən)" deyilmişdir...


Tarix: 04.12.2014 / 11:56 Müəllif: Aziza Baxılıb: 139 Bölmə: Maraqlı melumatlar