Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənin yolunu axtarırıq Ya Rəsulallah

Sənin yolunu axtarırıq Ya Rəsulallah
Ürəklərimiz səni axtarır,
Könülümüz səni axtarır Ey Nəbi
Sənin gül ətri verən yolunu axtarırıq…


Göydəki ulduzlar sənin işığını axtarır
Ürəklərimiz Nur işığını axtarır
Ürəklərimiz sızlayır, Ya Rəsulallah
Ürəklərimiz sənin Nurlu yolunu axtarır…

Səmada Mələklər sənin yolunu axtarır
Sənin Nur qoxunu duysam,
Yuxumda sənin işığını görə bilsəm
Sənin sevgi dolu yolundan gedə bilsəm
Kaş ki Ya Rəsulallah

Ey Nəbi Sən ürəklərimizdə taxt quran,
Könülümüzün Sultanısan,
Səma səssizliyə buraxdı özünü,
Buludlarda sənin adın yazırdı…

Ey Məhəmməd deyirdi buludlar
Yer, göy Sənin adınla çalxalanır
Könüllərimiz sənə heyran,
Ürəklərimiz Eşqinlə yanır Ey Nəbi

Gəl Ey Nəbi könüllərimizə, ürəklərimizə
Yenə Nikabınla,gəl
Yolunu güllərlə təchiz etdik,
Bizi yolundan ayırma Ya Rəsulallah…


Tarix: 04.12.2014 / 11:16 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqlı melumatlar
loading...