beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurban bayramı (əməllər).

Artıq Zilhiccə ayını yaşayırıq. Bir neçə gündən sonra müqəddəs Qurban bayramını qarşılayacağıq. Bu il Qurban bayramı oktyabrın 26-na (Zilhiccə ayının 10-u) təsadüf edəcək.

Bu günün bir neçə müstəhəb əməlləri var. Qurban bayramının gecəsi o dörd gecələrdəndir ki, əhya saxlanılması tövsiyə edilmişdir. Bu gecə səmanın qapıları açılar. Bu gecə oxunan dua:

"یا دائم الفضل

علی البریة، یا باسط الیدین بالعطیة، یا صاحب المواهب السنیة صلی علی

محمد و اله خیر الوری سجیة و اغفرلنا یا ذاالعلی فی هذه العشیة" "Ya daiməl fəzli ələl bəriyyə..” duası.

Həmçinin bayram gününün əməlləri bunlardır:

1. Qüsl.

2. Qurban bayramının namazı.

3. "Səhifeyi-Səccadiyə" dua kitabının 48-ci duasını oxumaq.

4. "Nüdbə" duası.

5. Qurban kəsmək.

6. Namazdan sonra bu təsbihləri təkrar etmək:

"الله اکبر الله اکبر و

لااله الا الله والله اکبر الله اکبر ولله الحمدالله اکبرعلی ما هدانا

الله اکبر علی ما رزقنا من بهیمةِ الانعام و الحمدُالله علی ما ابلانا"

"Əllahu əkbəru Əllahu əkbər, la ilahə illəllahu vəllahu əkbər, Əllahu əkbəru və lillahil həmd, Əllahu əkbəru əla ma hədana, Əllahu əkbəru əla ma rəzəqəna min bəhimətil ən’am, vəl həmdu lillahi əla ma əblana. ” ("Məfatih" kitabının 568-ci səhifəsində verilmişdir)


Tarix: 03.12.2014 / 17:27 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Maraqlı melumatlar