beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamda mələk

Mələklər maddə deyildirlər, buna görə zaman anlayışları da yoxdur. Zamanı əyib bükə bilərlər. Maddə olmadıqları üçün məkandan da müstəqildirlər. Bir anda iki yerdə ola bilərlər. Çox sürətli hərəkət edə bilərlər. Növlərinə bağlı olaraq, müxtəlif xüsusiyyətlərə sahibdirlər və ölçülər arasında keçiş də edə bilərlər. İradələri yoxdur Allahın əmrinə itaatkarsızlık edə bilməzlər. Yalnız əmr edilən şeyləri edərlər. Çox güclüdürlər. Nurdan yaradılmışlar, insanlardan fərqli olaraq yeməzlər, içməzlər, dişilik ya da kişilikləri yoxdur, gecə gündüz Allaha ibadət edərlər. Ədədlərini ancaq Allah bilər.

Məhəmməd, Mirac hadisəsində göyün yeddi layını gəzmiş və buralarda dəyişik növ mələklərlə qarşılaşmışdır. Hədisi Şərifə görə bunlardan biri göyün qapısını qoruyan, əmrində -hər birinin əmrində 100 min mələk olmaq üzrə- 70 min mələk olan İsmayıl adlı mələkdir. Yeddinci qat göydə olan Beytü'l-Ma'mur məbədi ətrafında təvaf edən və hər birinə qiyamətə qədər bir daha sıra gəlməyən mələklər gördü. Yenə müxtəlif qatlarda davamlı səcdə, rüku kimi sabit hallarda dayanan mələklər gördü.

Mələklərin iki, üç, və ya dörd cüt qanadları olduğu Quranda açıq bir dil ilə ifadə edilmişdir. Ancaq bu qanadların funksiyas(n)ı bilinməməkdədir. Bəzi şərhlərə görə dəniz, bulud hətta ozon təbəqəsi daxil bütün təbiət varlıqları da bir mələkdirlər. Lakin bu məlumat səhih (yəni qəti bir məlumat) deyil.

Bədir döyüşündə ədəd tərəfindən az olan müsəlmanların safında mələklərin də döyüşdüyü hədislərdə izah edilməkdədir. Yenə hədislərdən aydın olduğuna görə Uhud döyüşündə, Cəbrayıl və Mikayıl, Məhəmməd min Abdullahın yanında döyüşmüş və onu düşmənlərindən qorumuşlar.

Taif adlı şəhərdə daşlanma hadisəsindən sonra Məhəmməd min Abdullaha gələn Cəbrayıl, iki tərəfindəki dağları qaldırıb taifin üzərinə yıxmağı təklif etmiş, ancaq Məhəmməd min Abdullah bunu qəbul etməmiş və özünü daşlayanlar üçün dua etmişdir


Tarix: 03.12.2014 / 15:51 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Maraqlı melumatlar