beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın rəhmindən ümidinizi üzməyin..

Əziz müsəlman! Namaz qılmaq hər bir müsəlmana vacibdir. Gündəlik 5 vaxt namaz 24 saatdan cəmi 24 dəqiqə vaxt aparır.
Allah Qur'anda insanlara əmr edir:
"Namaz qılın..." (Qur'ani-kərim, əl-Bəqərə/110)
"... Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar, cəhənnəmə zəlil olaraq girəcəklər!" (əl-Mu`minun /60)
Namaz insanı pis əməllərdən çəkindirir
"Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirir." (əl-Ənkəbut/45)
Hər müsəlman gündə beş vaxt namaz qılmalıdır
Sübh (2 rükət) - "...sübh namazını da qıl!". (əl-İsra surəsi, 78)
Zöhr (4 rükət) - "Günortadan [gün batmağa meyl edəndən] ... namaz qıl!". (əl-İsra/78)
Əsr (4 rükət) - "...xüsusi iıə orta namaza riayət edin!". (əl-Bəqərə/238)
Məğrib (3 rükət) - "Günortadan [gün batmaga meyl edəndən] gecənin qaranlığınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və işa] qıl!". (əl-İsra/78)
İ'şa (4 rükət) - "Gecənin qaranlğınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və isa namazları] qıl!". (əl-İsra/78)
Yuxarıdakılara əlavə dəlil: "[Ya Məhəmməd!] Namazı gündüzün iki başında [günortadan əvvəl və sonra: yə'ni səhər, günorta və günbatan çağı və ya günün iki başında: yəni səhər-axşam] və gecənin [gündüzə yaxın] bə'zi saatlarında [axşam və gecə vaxtı] qıl!". (Hud/114)
Qeyd edək ki, beş vaxt namazın adlarının tərcüməsi günün ayrı-ayrı vaxtlarının mənasını verir ki, bu da namazların 5 müxtəlif vaxtda təyin olunmasına dəlalət edir.
Unutmaq olmaz ki, hər namaz vaxtinda qılınmalıdır.
Allah Təalə Qur'ani-kərimdə buyurur:
"Həqiqətən namaz nöminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir". (ən-Nisa/103)
"Allah sizin bunu [gecə vaxtlarını və saatlarını] ölçüb saya bilməyəcəyinizi [yaxud, bütün gecəni oyaq qalıb, ibadət edə bilməyəcəyinizi] bildiyi üçün, bu barəda sizə rüsxət verdi [gecə durub namaz qılmağı siz möminlərə vacib etmədi, onun yerinə gundə 5 vaxt namaz qılmağı buyurdu]". (əl-Müzəmmil/20)
Hər bir müsəlmana Cümə namazına getmək vacibdir
(qadınlar və uşaqlar müstəsnadır)
"Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman, Allahı zikr etməyə tələsin və alış-verişinizi buraxın. Bilsəniz bu sizin üçün nə qədər xeyrlidir!".(əlÇümüə/9)
ALLAH

Bütün varlıqları yaradan və ümumilikdə idarə edən İlahi Varlıq. Bütün müsalmanlara ərəb dilindən gəlib. Sözün özü "İlah” dır. İlah sözü nəzərdə tutuduğumuz ALLAH – Yaradan, Yaşadan, Yardım edən, Ən uca, Ən Böyük və s. kimi ən ülvi mənaları özündə əks etdirir. Hazırda işlətdiyimiz ALLAH sözünün kökündə məhz "İlah” sözü dayanıb. Sadəcə, ərəb dilində bu kəlmənin əvvəlinə "AL” ("əl”) müəyyənlik artikli qoşulub və artıq müəyyən "İLAH” mənası verən, daha dəqiq, daha konkret olan " AL-İLAH” sözü ərsəyə gəlib. Lakin ərəb dilinin qramatikasının inkişafı tarixində "AL” müəyyənlik artiklindən sonrakı "İ” saitinin öz mahiyyətini itirməsi nəticəsində "AL-İLAH” ifadəsi"ALLAH” kimi oxunmağa və səslənməyə başlayıb.

BİSMİLLAH

"ALLAHIN adı ilə”, yaxud " Başlayıram ALLAHIN adı ilə” deməkdir. Sevimli Peyğmbərimiz Həzrət Məhəmmədin (s.ə.s) öyrətdiyi kimi, müsəlman hər bir işini "bismillah” sözü ilə başlamalıdır. Yola çıxdıqda, evə daxil olduqda, yeməyə-içməyə başladıqda, kitab oxuduqda, yatağa uzandıqda, hətta cinsi əlaqəyə girdikdə belə əvvəlcə "bismillah” demək – bütün işlərdə ALLAHA sığınmaq, Onu özünə arxa, yardımçı, dayaq bilməkdir.
Qeyd edək ki, "Tövbə” surəsindən başqa, Quranın bütün surələri "bismillah” ilə başlayır və Quranda "bismillah” 114 dəfə təkrarlanır.

ƏLHƏMDU LİLLAH

" Bütün təriflər ALLAHA məxsusdur” deməkdir. "Əlhəmdu Lillahi Rəbbil aləmin!” Yəni həmd, təriflər aləmlərin Rəbbi olan ALLAHA məxsusdur! Yemək yeyib, yaxud su içib bitirdikdə, səfərdən evə döndükdə və ya hər hansı bi işi sona yetirdikdə və ya sizdən əhval-ruhiyyənizi soruşduqda müsəlman olan şəxs bu imkanları ona bəxş edən ALLAHINI yad edib "əlhəmdu lillah” deməlidir. "Əlhəmdu lillah” deməklə insan hər bir nemətə, hər bir gözəlliyə görə Yaradan ALLAHI xatırlayır, Ona şükür edib, öz sonsuz minnətdarlığını bildirir. Bu isə onu naşükür sindromundan, laqeydlikdən, təkəbbürlükdən qurtarır və ilahi sevgiyə yol açır.
Hə oxuyub qurtardınızsa, "Əlhəmdu lillah” deyin və keçin növbəti terminin izahına.

İNŞAALLAH

Bu ifadə ( "in şa Allah" ) – "ALLAH istəsə”, "ALLAHIN istəyi ilə” deməkdir. Hər hansı bir işin nəticəsi haqqında, gələcək planlar barədə danışdıqda bu ifadəni söyləmək lazımdır. Bu sözü söyləməklə insan hər şeyin yalnız ALLAHIN izni ilə baş verdiyini bird aha təsdiqləmiş olur. Belə ki, istisnasız, hər iş məhz Allahın əlindədir! Hətta belə bir rəvayət olunur ki, bir gün Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s) Ona sual verənlərə "ALLAHDAN vəyh gəlsin, sabah sizə söyləyərəm”,- deyir. 3gün keçməsinə baxmayaraq, heç bir vəyh gəlmir. Peyğəmbər rahatsız olmağa və ALLAHA dua etməyə başlayır. Bu zaman İlahidən "bir şeyi edəcəyini söylədikdə, "inşallah” de!” vəyhi gəlir. Buna dair Quranda ayə də nazil olub. "İn şa ALLAH”, bu məqaləni oxuyandan sonra sizdə bu ifadəni tez-tez istifadə edərsiniz!


Tarix: 03.12.2014 / 17:22 Müəllif: Aziza Baxılıb: 126 Bölmə: Maraqlı melumatlar