Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah Her Kese Verdiyi Ruzi Miqdarinda Haqq Hesaba

Bir gün Harun Ər-Rəşid
qəbristanlığın yanından
keçərkən Bəhlul Danəndəni
görür və “burada nə gəzirsən?”
deyə soruşur.
- Kimsənin qeybətini etməyən, kimsəyə əziyyət verməyən,
məndən bir istəyi olmayan
dostlarımla görüşməyə
gəlmişəm - deyə Bəhlul
cavabında deyir.
Harun Bəhlula deyir: - Sən o dostlarından Qiyamət
günü Sirat körpüsündən
keçəndə sorğu-sualın necə
keçirildiyini soruşa bilərsən?
- Mən artıq soruşmuşam,
istəyirsənsə, sənə danışım. Elə buradaca bir ocaq qalatdır və
üzərinə misdən tas qoysunlar ki,
isinsin. Harun nökərlərə əmr edir ki,
dərhal Bəhlulun istədiklərini
etsinlər.
Bəhlul tasın üstünə çıxır və özü
barədə, mülkü və həmin gün
yeyib-içdikləri barədə danışır və tasın üstündən enir. Bəhlul
kasıb olduğundan danışacaqları
da az olur və o, tasın üstündən
enənə qədər tas hələ tam
isinmir.
Daha sonra Harun çıxır və Bəhlul ondan da özü və mülkiyyəti
barədə danışmağını istəyir.
Harun tasın üstünə çıxır və
əlbəttə ki, varlı şəxsə məxsus
olan mülkiyyətini sayıb
qurtarmamış tas qaynar olur və Harunun ayağı yandığından tez
yerə enir. P.S. Bəhlul Danəndə bununla
Haruna bildirmək istəyir ki, hər
nə qədər mülkün çox olsa,
Qiyamət günü də sorğu-sualın
uzun çəkər və bu sorğu-sualdan
yaxşı çıxmasan "ayağın yandığı üçün qaynar tasın üstündən cəld
yerə düşdüyün kimi də Sirat
körpüsündən Cəhənnəm alovuna
düşərsən"


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Maraqlı melumatlar
loading...