beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm Haqqdır !

Əmiriəlmöminin Əli (ə) buyurub : "Əgər insan əcəlini necə də tez yetişəcəyini bilsəydi , dünyadan və dünya arzularından cana doyardı”.
Ölüm nədir ? –Ölüm bir həqiqət olaraq bəşəriyyətin qarşısında dayanmışdır.Bütün insanlar dünya həyatında qısa bir səyahətdən sonra ölüm şərbətini dadmağa məcburdurlar.Vaxtı çatmış insan ölüm qapısından keçib dünya həyatını həmişəlik tərk edir.Ölüm mahiyət etibarı ilə yoxluq deyil , keçiddir .Bu keçid insanı dünya həyatından axirət həyatına aparır.Doğurdan da ölüm insan üçün yeni bir həyatın başlanğıcıdır.Yeni doğulmuş körpə üçün dünyaya gəliş yeni bir həyatın başlanğıcı olduğu kimi , ölüm də axirət həyatı üçün yeni bir doğuşdur.
İmam Cavad (ə) ölüm həqiqətini belə aydınlaşdırır : "Ölüm hər axşam sizin sorağınıza gələn həmin yuxudur.Fərq budur ki , ölüm uzun müddətlidir və insan qiyamət gününədək bu halda qalır.Hər bir insan ölüm yuxusu gedişində hesabsız sayda sevinc və dəhşətlə qarşılaşacaq.Yuxuda olarkən də bu sayaq sevinc və qorxu ilə qarşılaşmaq olar.Bu elə həmin ölümdür , ona hazır olun ".
Həzrət Əli (ə) buyurub : "Allah rəhmət etsin hardan gəldiyini , harada olduğunu və haraya gedəcəyini bilən insana " . Bəli , bu üç suala cavab tapan insan özünü dərk edər və ölümün həqiqətini anlayar.
Peyğəmbəri Əkrəm (s) buyurub : " Ölmüş şəxsin cənazəsi dəfn olunmaq üçün aparılan zaman ruhu cəsədinin üstündə dayanıb fəryad edər . " Ey övladlarım , ey qohumlarım , olmaya dünya məni aldatdığı kimi sizidə aldada! Halal-haram yığıb başqaları üçün qoydum , zəhməti mənim,ləzzəti isə başqalarının oldu.(Hesab kitabını mən çəkəcəyəm)Bəs çalışın mənim günümə düşməyin”
Bəzi insanlar " öləndən sonra necə diriləcəyik " deyərək kafir olurlar və Allaha qarşı böyük bir günaha batırlar , halbu ki , hər il qış mövsümündə canlı təbiətin ölümünü və yaz mövsümündə dirilməsinin , həşirini görürlər. Ey İnsanlar !
Fikirləşin ! Göyləri , yeri , ulduzları , qalakitikaları yaratmaq , onları nizam-intizam üzrə hərəkət etdirmək daha çətindir , yoxsa ölmüş insanı yenidən diriltmək ? Belə məlum olur ki , insanlar kordular və Allahın belə əzəmətli cah-cəlalını görmürlər.
Qurani-Kərimdə buyurulur :” Məgər insan elə güman edir ki , onun sümüklərini bir yerə yığa bilmərik ? Bəli , biz onun barmaqlarının bəndlərini düzməyə qadirik.Amma o bütün ömrü boyu günah etmək istəyir və qiyamət gününün nə vaxt olacağını soruşur "
Qurani-Kərimdə yenədə buyrulur : "Bizimlə qarşılaşacaqlarına ümidvar olmayan , dünya həyatına bel bağlayıb , ayələrimizdən qafil olanların düşəcəkləri yer oddur”.
Daha sonra Allah Quranda qiyamət günü insana ediləcək müraciətdə buyurur : "Sən bundan qafil idin .Daha bu gün (Qiyamət günü ) pərdəni gözündən götürdük .Bu gün sənin gözün sərrast görür”.
Görəsən Qiyamət gününü inkar edənlərin bir dəlili varmı? Əgər yoxdursa , nə üçün bu böyük həqiqəti inkar edirlər? Səbəbi aydındır : O azad olmaq , yaxşıya , pisə məhəl qoymadan istədiyini etmək , çəçivədə olmaq istəmir.Şərabdan , donuz ətindən , zinadan , rüşvətdən , ribadan (faizə pul vermək) hər cür Allahın haram buyurduqlarından əl çəkmək istəmir , namaz qılıb , oruc tutmağı ağır bir yük hesab edirlər .Bununla belə bu insanlar özü özünü aldadır və axirətdə böyük bir əzaba düçar olurlar.


Tarix: 03.12.2014 / 17:19 Müəllif: Aziza Baxılıb: 229 Bölmə: Maraqlı melumatlar