beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxşılıq etməyin dəyəri

*** Qurani-Kərim buyurur: “Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq edirsiniz, əgər pislik etsəniz, özünüzə pislik edirsiniz. {İsra surəsi, ayə 7}

*** Peyğəmbər (s.ə.a.s.) buyurur: “Yaxşılığı qəlbin nuru, üzün zinəti və işin qüvvəsi, günahı isə qəlbin qarası, işin əzifliyi və üzün eybəcərliyi gördüm.

*** İmam Sadiq (ə.) buyurur: “Mömin bir yaxşı iş görərsə, Allah-Təala onun hər yaxşı əməlini yeddi yüz dəfə artırar və bu Allah-Təalanın kəlamıdır ki, “Allah-Təala istədiyi kəs üçün artırar.

*** Qurani-Kərim buyurur: “Həqiqətən Allah-Təala ədalətli olmağı, yaxşılığı, qohum əqrəbaya bəxşiş verməyi əmr və çətinlikləri, pislik və zülmü qadağan edir... {Nəhl surəsi, ayə 90}

*** Əmir-əl-Möminin Əli (ə.) buyurur: “Yaxşılıq etməklə qəlblr ələ alınar.

*** Əmir-əl-Möminin Əli (ə.) buyurur: “Bəndələrə yaxşılıq etmək o biri dünya üçün nə gözəl azuqədir.”

*** Peyğəmbər (s.ə.a.s.) buyurur: “Sənə pislik edənə yaxşılıq et.

*** Qurani-Kərim buyurur: “Hər kəs bir yaxşı iş görərsə, ona 10 dəfə artıq mükafat verilər. Hər kəs bir pis iş görərsə, o qədər də cəza görər və onlara zülm olunmaz. {Ənam surəsi, ayə 160}

*** Əmir-əl-Möminin Əli (ə.) buyurur: “Yaxşılıq etmək əbədi ehtiyatdır. (Yəni, həmişə qalandır və yaxud da həmişəlik əbədi olan Qiyamət gününün ehtiyatıdır).

*** İmam Cavad (ə.) buyurur: “Yaxşılıq edənlər yaxşılıq etməyə, ona ehtiyacı olanlardan daha çox möhtacdırlar. Çünki, o yaxşılığın mükafatı, fəxri və yaxşı adı o yaxşılığı edənə qalar və yəni kim yaxşılıq edərsə, ilk növbədə özünə etmiş olur. Buna görə də özünə etdiyi yaxşılığa görə başqalarından təşəkkür istəməməlidir.”

*** Əmir-əl-Möminin Əli (ə.) buyurur: “Sənə yaxşılıq olunduqda onu yada sal, sən kiməsə yaxşılıq etdikdə isə onu yaddan çıxart!

*** Peyğəmbər (s.ə.a.s.) buyurur: “Heç bir yaxşı əməli aşağı tutma. Hətta qardaşınla gülərüz təmasda olmaq (kimi əməl) olsa belə!


Tarix: 03.12.2014 / 16:51 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Maraqlı melumatlar