Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Deyerli Melumat

Zamaniniz varsa bu deyerli melumati oxuyun ve paylaşın.
Qozla pendirin birgə yeyilməsi
İmam Sadiq (ə) buyurub: "Pendirlə qoz birgə yeyilərsə onların hər biri şəfa verər, ayrı ayrılıqda yeyildikdə isə onlardan hər biri xəstəliyə səbəb olar" (İlk universitet, son peyğəmbər", c.6, səh.226.) (demək lazımdır ki, bunlar səhərə aiddir). Bildiyimiz kimi pendir kalsiumla qoz isə fosforla zəngindir. Buna əsasən pendiri qozla bir yerdə yemək lazımdır. Çünki Kalsiumla fosfor hər ikisi dəyərli maddələrdir. Bu iki maddə birləşərsə boş yerə ifraz olmurlar. Əgər pendiri qozsuz (fosforsuz) yesək, kalsiumu həddən artıq istifadə etdiyimiz üçün bədənin fosforu qarşısında ifraz olar. Yox əgər bu kalsiumla (pendiri) fosforla (qozla) birgə olsalar onların həzmi də olduqca yaxşı, asan və tam olar.("İslam dərmansız həkim", səh.156.) Səhərlər tək pendiri yemək İmam Sadiq (ə) buyurub "Sübh vaxtı (təklikdə, qozsuz) pendir zərər verici, axşam isə xeyirlidir. Elmi araşdırma Nə üçün pendir sübh çağı məkruh axşamsa faydalıdır? Bu barədə aşağıdaki ehtimallar mümkündür. 1- İslamın nəzərinə görə ən yaxşı yemək səhər yeməyi olmalıdır. Pendir təklikdə İslamın tövsiyə etdiyi normal səhər yeməyi ola bilməz (İnsan axşama kimi işləyib fəaliyyət göstərdiyinə görə güclü yeməyə ehtiyacı var). 2- Keçmişdə yuxu zamanı qanın beyindən uzaqlaşmasını təsəvvür edirdilər. Buna görədir ki, yuxuda olan heyvanın kəllə qapağını açdıqda beyni ağ rəngdə görünür (Pişik üzərində aparılan təcrübəyə əsasən). Amma sonralar aydın oldu ki, bədən hüceyrəsindən xaricdəki mayedə və qanda olan kalsium beyin dincələrkən kalsiuma daha çox ehtiyacı olduğuna görə beyinin qidalanması üçün ona tərəf gəlir. Əhəngin çoxluğu onu ağ rəngli göstərir. Elə buna görə də pendiri axşam yemək lazımdır. Pendir kalsiumla zəngin olduğu üçün gecələr dərin yuxularda ona daha çox ehtiyac olur. 3- Həzm olmaq baımından pendir yuxuya mane olan yeməklərdən deyil. Tədqiqatçılar deyirlər: "Yatmazdan əvvəl pendir yemək gecə boyu yaxşı və rahat yatmağa xoş xəbər ola bilər". Tədqiqatların birində 200 nəfər bir həftə müddətində yatmazdan öncə pendir yedilər. Onların 90%-i yaxşı yatdıqlarını bildiriblər. Tədqiqatçılar deyirlər: "Pendirin tərkibində "Teriptufan" adlı ruhi təzyiqi azaldan və yuxuya kömək edən Amin turşusu var


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 262 Bölmə: Maraqlı melumatlar
loading...