beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həzrət Əyyubun İbrətamiz Hekayəsi

Qurani-Kərimin dörd surəsində həzrət Əyyubun (ə) adı çəkilib. Əyyub peyğəmbər səbr və dözümdə nümunəvi peyğəmbərdir. Həzrət Əyyub haqqında Quranın təkcə bir surəsində soz açılsa da əslində, onun yaşadıqları müsibətlər, bəlalara düçar olan çox sayda insanlar üçün örnək sayıla bilər. Quran və dini ədəbiyyata əsaslanaraq tam qətiyyətlə demək olar ki, Allah taala ona çoxlu mal-dövlət, qüdrətli övladlar və sağlam bədən bəxş etmişdi. Onun məhsuldar əkin sahələri və çoxlu sayda mal-qarası var idi. Güzəranı yaxşı keçirdi. Allah onu sınamaq üçün o nemətləri onun əlindən aldı; əkin sahələri yararsız, mal-qarası tələf oldu və övladları da vəfat etdi. Özü isə ağır xəstəliklərlə üzləşdi. Bütün ağır günlərdə, daima Allaha şükür etdi və heç vaxt şikayət etmədi. Allahdan başqa heç kimə sığınmadı. Allahın izni olmadığı üçün, hətta Ondan bütün bu bəlaların çözümünü diləmədi. Sınaq və bəla dövrü bitdi. Bu müddət ərzində Əyyub, heyrətamiz səbr nümayiş etdirdi. Ona görə də Allah taala onun itirdiklərini - hətta ondan da çox ona qaytardı. Bundan əlavə onun yaşadıqları və hədsiz dözümünü başqalarına nümunə hesab etdi. “Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq”(1) Allah tərəfindən dua etməyə izinli olduğu vaxt acizanə bir qul kimi Allahdan bəlaların dəf olmasını istədi: “…Şeytandan mənə bəla və əzab toxunub…!”(2) Əlbəttə Şeytanın peyğəmbərlərin ruh və iradələrinə yol tapması mümkünsüzdür. Amma onlara fiziki aspektən təsir etməsi (müxtəlif bəlalara düçar etməsi) mümkündür.(3)


Allah onun istəyinin cavabında buyurdu: “Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və içiləcək sərin (sudur)!” (Əyyub o su ilə qüsl edib ondan içən kimi bütün xəstəlikləri getdi). …Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.(4) Həzrət Əyyubun səbri müxtəlif müsibətlərə düçar olan insanlar üçün örnək ola bilər. Müxtəlif bəlalara düçür olan şəxs ilk baxışda həlli mümkünsüz olan işləri mümkünsüz saymamalıdır. Allahın qüdrətli olduğuna inanmalı hər zaman onun qeybibdən gələcək lütfkarlığına etiqad bəsləməlidir. Bəli, Allah insanı xəstəliklər və müsibətlərdən xilas edə bilər. Aqil insan “(Allahdan) başqa heç bir sığınacağın olmadığını bilməlidir. (Pənah yalnız Allahadır!)”.(5) Allah həzrət Yunusun zikrini qəbul etdiyi kimi həzrət Əyyubun duasını da qəbul etdi. Ona görə də Allah Quranda buyurur: “(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et!...”(6) Allahın bəndələri də bu yolu qorumalıdır. Yəni səbr etməli, Allahdan üz döndərməməli və duaların müstəcab olmağına inanmalıdır. Əyyub şəfa tapdıqdan sonra Allaha - “ Sən rəhmlilərin ən rəhmlisisən!”- deyə müraciət etdi.(7) Çünki, Onun mərhəməti hər şeyi ehtiva etmişdi.(8) Bu da Allahın bəndələri üçün örnək sayılır. Quran buyurur: “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…”(9)


Tarix: 03.12.2014 / 16:49 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqlı melumatlar