beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz yaşı..

1. Allahı xatırlayarkən, Allah qorxusu ilə
gözündən yaş axana, qiyamətdə əzab olmaz.

2. Allah qorxusu ilə ağlayan gözə, Cəhənnəm atəşinin toxunması haramdır.

3. Qiyamətdə hər kəs ağlayıb göz yaşı tökəcək.
Ancaq dünyada Allah qorxusu ilə,
bir damlacıq göz yaşı tökənlər ağlamayacaq.

4. Allah üçün gözlərindən yaş axan möminin bədəninin,
Cəhənnəm atəşində yanması haramdır.
Bir damla göz yaşı ilə yanağı islanan kimsənin üzü,
heç bir zaman darlığa düşməz.

5. Qiyamətdə hər şey ölçülər, dartılar.
Bunlardan Allah qorxusu ilə axan göz yaşı,
atəş dəryasını söndürəcək gücdədir.

6. Bədəni Allah qorxusu ilə ürpərən kimsənin günahları,
ağacdan yarpaqların tökülməsi kimi tökülər.

7. Allahu Təala, Həzrəti Musaya buyurdu ki:
"Məndən qorxub ağlayaraq edilən ibadət,
digər ibadətlərdən üstündür."

8. Cənabı Haqq, and ilə buyurur ki:
"Dünyada məndən qorxaraq ağlayanı,
Cənnətdə əbədi güldürərəm."

9. Allahu Təalanın, himayəsindən başqa heç bir
himayənin tapılmadığı qiyamətdə,
himayəsinə götürdüyü yeddi kimsədən biri də,
tək ikən Allahı xatırlayıb gözündən yaş axan kimsədir.

10. İbni Ömər həzrətləri buyurdu ki:
(Allah qorxusu ilə bir damla göz yaşı axıtmaq,
minlərlə qızıl sədəqə verməkdən daha qiymətlidir.


Tarix: 03.12.2014 / 16:48 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar