beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu cür QUL ola bildinmi?

Bir gün İbrahim bin Ədhəm (rahiməhullah) bir kölə alır və kölədən soruşur:
- Adın nədir?
- Nə çağırsanız, odur!

- Nə yemək istəyirsən?
- Nə versəniz, onu yeyərəm!

- Nə iş görəcəksən?
- Nə əmr etsəniz, onu da görərəm!

- Nə isə istəyirsənmi?
- Kölənin istəyi, arzusu olurmu? Sahibinin istəyi, onun da istəyidir.

Köləsindən bu cavabları eşidən İbrahim bin Ədhəm (rahiməhullah) hönkürtü ilə ağlayır. Öz-özünə deyir:

- Ey miskin! Qulluğu bu kölədən öyrən! Sən heç ömründə Allaha qarşı bu cür qul ola bildinmi?


Tarix: 03.12.2014 / 15:53 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqlı melumatlar