beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

40 Elamet

İmam Mehdi (e)-ın zühurunun elametleri iki növdür: a) Qeti elametler. b) Qeti olmayan elametler. a) Qeti elametler: 1-Deccalın meydana çıxması: O melun Allahlıq iddiası edecekdir. Onun gelişinden sonra dünyada çoxlu qanlar tökülecek, fitne-fesad yaranacaqdır. Hedislerden melum olduğu kimi, onun gözünün biri silinmişdir ve sol gözü alnının ortasındadır. O, çox böyük cüsseli ve güclüdür, qeribe ve qorxulu qiyafesi vardır, sehrbazlıqda çox mahirdir. Hezret Peyğemberi-Ekrem (s) buyurmuşdur: “Möminlerden her kes Deccalı görse, öz ağız suyunu onun üzüne atıb, onun sehrini batil etmek üçün “Hemd” suresini oxusun.” Nehayet, Deccal ile imam Zaman (e)-ın qoşunu arasında müharibe baş verer ve o, ya imam Zaman (e), ya da hezret İsa ibn Meryem (e)-ın eli ile öldürüler. 2-Süfyaninin qiyamı: Süfyani Mekke ile Şam arasında qiyam edecekdir. O, çirkin suretlidir, üzünde sızaq var, gözleri göy ve Yezid ibn Müaviyenin övladlarındandır. O, beş böyük şeheri ve menteqeni – Demeşq, Hems, Felestin, İordaniya ve Qinnesrini ele keçirecek ve etraf nahiyelere ordu gönderecekdir. O, Medine ve Bağdad şeherlerinde kütlevi qırğın töredecek, Mekkeye bir ordu gönderecek ve yol esnasında imam Mehdi (e)-ın ordusu onları meğlub ve helak edecekler. Süfyaninin üç yüz min neferden ibaret olan ordusu Allahın emrile Mekke–Medine arasında yere batacaqdır. Tekce Beşir ve Nezir adlı iki qardaş sağ qalacaq ve bir melek gelib onların üzünü arxaya çevirecekdir. Beşir Mekkeye gelib Süfyani ordusunun helak olmasını İmama, Nezir de Şama gedib bu xeberi Süfyaniye deyecekdir. Süfyani Şamda bu xeberi eşitcek, Kufeye doğru hereket edib, orada qetl ve qaretle meşğul olacaqdır. İmam Mehdi (e)-ın Kufeye daxil olması ile Süfyani qaçacaqdır. O hezretin ordusu onu teqib edib, Beytül-müqeddesdeki Sexre mescidinin yaxınlığında qetle yetirecekler ve onun murdar başını kesib çirkin ruhunu cehenneme gönderecekler. 3-Semadan gelen bir ses: İmam Mehdi (e) Mekkede zühur ederken semadan bele bir ses eşidiler: “Ey mexluqlar, agah olun! Bu, Mühemmed (s)-in övladı Mehdidir.” Dünyanın şerqinden qerbinedek bütün insanlar her biri öz dilinde bu sesi eşidib Mekkeye üz tutar, o hezretin hüzuruna gederler. 4-Nefsi-Zekiyyenin qetle yetirilmesi: O, hezret Peyğember (s)-in neslindendir ve Rükn ile Meqam arasında şehid olacaqdır. 5-Seyyid Heseninin qiyamı: O, xoş üzlü bir cavandır ki, Deylem ve Qezvin terefden qiyam edib deyecekdir: “Sizden kömek isteyen Peyğember (s) övladının dadına çatın!” Çox güman ki, Seyyid Heseni İmam Hesen (e)-ın neslinden ve on iki imamçı şiedir O, din ve haqq ardıcılı olub, batil bir iddia etmeyecekdir. Onun danışığı ve reftarı hezret Peyğemberi-Ekrem (s)-in pak şerietile uyğun olacaq. Möminlerden bir çoxu da zalımların zülmünü def etmek üçün ona kömek edecekler. O, Qezvinden Kufeyedek olan erazileri zülmkarlardan ve kafirlerden temizleyecek. Kufeye daxil olduqda, İmam Mehdi (e)-ın zühur etdiyini eşider ve ordusu ile birlikde Hezrete beyet ederler. 6-Ramazan ayının ortasında güneşin, axırında ise ayın tutulması. b) Qeti olmayan elametler: 7-Kufe mescidinin divarının uçulması. 8-Ferat çayından bir qol ayrılaraq Kufe şeherinin küçelerine axması. 9-Kufe şeherinin darmadağın olunmasından sonra yeniden abadlaşması. 10-Necef gölünün su ile dolması. 11-Cüdey ulduzunun yaxınlığında quyruğu olan bir ulduzun görünmesi. 12-İmam Mehdi (e)-ın zühurundan önce qıtlığın baş vermesi. 13-Ekser şeherlerde zelzelenin baş vermesi ve taun xesteliyinin yayılması. 14-Mescidlerin boş qalması. 15-Burasa mescidinin uçması. 16-Yer küresinin şerqinden od püskürerek üç, yaxud yeddi gün yer ile göy arasında alovlanması. 17-Xorasandan qara bayraqlıların hereketi. 18-Receb ve Cemadiyus-sani aylarında misli-beraberi görünmemiş leysan yağışlarının yağması. 19-Şerqden ay kimi işıq sacan, iki terefi bir-birinden ayrı ve parıltısı göz qamaşdıran bir ulduzun çıxması. 20-Dünyanın fitne-fesadla dolması. 21-İnsanların namaz qılmaması ve şehvete qurşanması. 22-Çirkin işlerin yaxşı, yaxşı işlerin ise çirkin kimi qeleme verilmesi. 23-Düz danışanların yalan, yalan danışanların ise düz danışanlar kimi qebul edilmesi. 24-Uşaqların (savadsızların) minber üstünde eyleşmesi. 25-Feqirlerin tehqir edilmesi. 26-Kişilerin kişilerle ve qadınların da qadınlarla cinsi elaqede olması. 27-Kişilerin özlerini qadınlara ve qadınların kişilere oxşatması. 28-Mescidlerin yehudi mebedleri kimi qızılla bezedilmesi. 29-Quranların zinet sayılması. 30-Kişilerin özlerini qızıl-gümüşle bezemesi. 31-Dine heqaret, dünyaya ise ezemet gözü ile baxmaq. 32-Telaqın çoxalması. 33-Kenizlerin xanende olması, musiqi aletlerinin ve qumar oyunlarının çoxalması. 34-Ticaret ve riya meqsedile hecce getmek. 35-Quranın ve elmin Allahdan qeyrisine xatir öyrenilmesi. 36-Zinadan olan övladların çoxalması. 37-Bezi müharibelerin semada baş vermesi. 38-Camaatın bir-birlerini görmedikleri halda, çox uzaq yerlerden bir-birleri ile söhbet etmesi. 39-Dünya elminin inkişafının son heddine çatması ve insanların semalara sefer etmesi. 40-Uşaqların ezab-eziyyete meruz qalması ve qadınların rehberlik etmesi.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 404 Bölmə: Maraqlı melumatlar