beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara libasli yad..

Gecenin en qaranliq vaxdi idi.Ayin isiqi qedim kendi esrarengiz gosderir di.Kenardan qara buludlar coxalmaqa baslayirdi.Ayin qarsisini yavas yavas buludlar tutdu.Ve Ay gorunmez oldu.Butun insanlar ve qarisqalar oz yuvalarinda yatirdilar bundan xebersiz.Insansizliqdan qapisini toz basmis mescid kimsesiz kucelerin derin qaranliqinda,ebedi sukutunda tenhaliq yuxusunda idi.Qeribe burku vardi.Seherin yuxusunda qeribe hurku hiss olunurdu.Gunduzler bezenen,suslenen,daranan,geceleri ise4 butun suni bezeklerini cixarib yataqlarinda uyuyan esl simalarinda eybecer olan gozelcelere benzeyirdi.Hec bir canli derin sukutu pozmaqa cesaret etmezdi.Amma cesaretli kesin addim sesleri esidildi.Qara libasa burunmus bu yad qaranliqa qarisaraq addimlayirdi.Qara uzun paltari yer ile surunur,sanki butun zulmeti ozu ile dartib aparirdi.Yavasca mescidin qapisini acdi.Qapi tukurpedici ses cixardi.Bu mescidin cekdiyi "ah"i idi.Axiri ki onu yada salan olmusdu.Amma bu sevinc "ah"i bir an icinde qem feryadina cevrildi.Mescidin qonaqi vardi.Amma bu qonaqi hec de gozlemirdi de.Qara uzun libasina burunmus qaranliqdan secilmeyen bu simadan qan rengli iki goz parlayirdi.




O mescidin cirkli xalcasina,reflerdeki toz basmis QURANALARA, kohne minbire baxdi.Bu menzere onu desete getirdi.Sonuncu defe mescide girende yuzlerleminlerle muselman ona o qeder lenet yaqdirmisdi ki,cixis yolu tapmayib minareden atilmis ve uc gun ozune gelmemisdi.Indi ise bos mescide baxir ve dusmenlerine yaziqi gelirdi.Bir az ireliledi,uzunu Qibleye tutub dizi usde cokdu.Ellerini acib duaya basladi.:
Qara libasli yad..
"Ey uca ve qudretli ALLAH,sene dua etmediyim 100000 il odu.Ozun bilirsen senin rizan ucun nece darixmisam.Kecmis vaxtlari xatirlayiram.Cebrayil,Israfil,Ezrayil yadima dusur.Sene etdiyim ibadetler yadima dusur.Men sene her kesden yaxin olmussdum.Xosbex idim.Sonra insani yaratdin.Ve men gunaha batdim.Boyuk gunaha .Meni oradan qovdun.Cehenemi qismet etdin.Yox,men tovbe etmeye gelmemisem.Sozumuz sozdu..Qiyamet gunune kimi insanlari senin yolundan cixaracaqimi ved etmisem.Sende mene vaxt verdiyine soz vermisdin.Amma indi her sey basqa curdu.Evveller men insanlari senin yolundan cixara bilirdim .Indi ise hec kesi pis yola sala bilmirem.Cunki insanlar ozleri eyri yoldadilar.Mene hec etiyaclari yoxdur.Ozumu cox lazimsiz hiss edirem.Hec bir ise yaramayan bir mexluq oldum.Heyetimin menasi insanlari pis yola cekmek idi.Indi ise heyatimin menasi itib.Yalvariram,Uca LLAH,menim bir duami qebul et.Yalvariram,dunyaya yaxsi insanlar getir.Men de onlari yoldan cixarmaqa calisim.Bos durmayim.Bekarciliqdan ureyim partlayir.Yalvariram,dunyaya yaxsi insanlar getir."
Qara libasli yad..
Qara libasli bu yad duasini bitirib, goz yasini silib yavas yavas mescidden cixdi.Qra libasi yer ile surunerek qaranliqa qarisdi ve yad zulmetde yox oldu.Hava yenede evelki halini aldi.Ay yenede oz simasini qara buludlarin arxasindan gosderi.Sanki hecne olmamis kimi............


Tarix: 03.12.2014 / 15:29 Müəllif: Aziza Baxılıb: 352 Bölmə: Maraqlı melumatlar