beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbər (s.ə.s) dövrünə "səyahət"

ZİYARƏT

Bu sətirlərdə keçmiş əsrlərə bir ziyarət edəcək və geridə qalmış bəzi səhifələri çevirəcəyik. O səhifələri oxuyacaq, sətirləri üzərində düşünəcəyik. Rəsulullah Sallallahu əleyhi vəsəlləmi sətirlərin hərflər və sözlərin dünyasında bir ziyarətdə olacağıq... Onun evinə girəcək, vəziyyətini, görəcək, hədisini dinləyəcəyik. Nəbəvi evdə yalnız bir gün “yaşayacağıq”. Bu bir günlük həyatımızdan dərslər, ibrətlər çıxaracaq, sözləri və hərəkətləri ilə işıqlanacağıq.
İnsanların məlumatları çoxalmış, mütaliələri artmış, kitablar, broşürlər, filmlər və sənədlər vasitəsilə şərqi, qərbi gəzmişlər sanki... Rəsulullah Sallallahu əleyhi vəsəlləmin evinə şəriətə uyğun bir ziyarət etmək, bizim daha çox haqqımızdır. Orada onun gerçək həyatını görəcək və görüb öyrəndiklərimizi ciddi olaraq tətbiqə keçəcəyik. Yerimizin darlığı səbəbindən onun evində müəyyən bəzi məqamlar üzərində dayanacağıq... Bəlkə bu yolla nəfslərimizi öyrədər və bunları evimizdə tətbiq edərik.
Müsəlman qardaşım!
Bizlər gözlərimizlə görə bilmədiyimiz məqamlarla xoş vaxt keçirək və yalnız bizdən əvvəl keçib gedənlərin halını görək deyə keçmiş illərə və əsrlərə geri dönmürük... Bizlər Peyğəmbər Sallallahu əleyhi vəsəlləmin həyatını oxumaq, sünnəsinə uyğun gəlməklə, onun izlədiyi yolu izləməklə Allaha ibadət etmiş oluruq. Beləliklə uca Rəbbimizin o şərəfli rəsulu sevməmizi fərz edən əmrini yerinə yetirmiş olacağıq. Onu sevməmizin ən əhəmiyyətli əlamətlərindən biri də verdiyi əmrlərdə ona itaət etmək, qadağan etdiyi və yaxınlaşılmamasını istədiyi məqamlardan qaçmaqdır.
Uca Allah ona itaət etmənin, əmrinə uyğun gəlmənin, onu uyğun gəliləcək öndər qəbul etmənin fərz olması haqqında belə buyurmaqdadır:
"De ki: 'Əgər Allahı sevirsinizsə mənə yatıl ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah günahları çox çox bağışlayandır, çox mərhəmətlidir." (İmran, 3/31)
Bir başqa yerdə də belə buyurmaqdadır:
"And olsun ki sizin üçün, Allahı və axirət gününü ümid edən və Allahı çox anan kəslər üçün Rəsulullahda gözəl bir nümunə vardır." (əl-Əhzab, 33/21)
Uca Allah Rəsuluna itaət edib, onun izindən getməyi Qurani Kərimdə təxminən qırx yerdə yazılmışdır. Rəsulullah Sallallahu əleyhi vəsəlləmə uyğun gəlmədən qulların xoşbəxt olmalarına, axirətdə qurtuluşa çatmalarına imkan yoxdur.
"Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (mö’minlər üçün) böyük qurtuluşdur (uğurdur)! Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir. " (Nisa, 4/13-14)
Rəsulullah Sallallahu əleyhi vəsəlləm özünü sevməyi imanın dadına çatmanın səbəbləri arasında saymışdır. O belə buyurmaqdadır:
"Üç xüsus kimdə olarsa o imanın dadına çatar: Allahı və Rəsulunu onların xaricindəki hər bir şeydən daha çox sevmək..."
Yenə Peyğəmbər Sallallahu əleyhi vəsəlləm belə buyurmuşdur:
"Nəfsim əlində olana and içərəm ki, sizdən hər hansı bir kimsə məni atasından da, uşağından da daha çox sevmədikcə iman etmiş olmaz."
Rəsulullah Sallallahu əleyhi vəsəlləmin sirası (həyatı) çox xoş və tərtəmiz bir siradır. Biz ondan öyrəncəklərimizi öyrənir və onun hidayət yolu üzərində gedirik.

SƏFƏR

Rəsulullah Sallallahu əleyhi vəsəlləmin evinin olduğu yerə səfər etmək, həyatının incəliklərini, davranış üslubunu görmək insanı olduqca şövqləndirər. Hələ bunu edərkən Allahdan əcr və mükafat gözləsə... Şübhəsiz ki bu bir öyüd, bir ibrətdir. Bir siradır . Təbii yaşam və nümunə mənbəyidir... Bu səfər kitablar arasında əshab-ı kiramın nəql etdiyi rəvayətlər arasında reallaşacaq. Yoxsa hər hansı bir qəbirə yaxud Rəsulullah Sallallahu əleyhi vəsəlləmin evinə və ya başqa bir yerə səfər üçün yükləri toplamaq caiz deyil. Rəsulullah Sallallahu əleyhi vəsəlləmin bu buyruğunda zikr etdiyi üç məscid bundan müstəsnadır:
"Yüklər bu üç məscid xaricində bir yerə getmək üçün hazırlanmaz: Məscidi Haram, mənim bu məscidim və Məscidi Aksa"
Bizlər də Rəsulullah Sallallahu əleyhi vəsəlləmin əmrinə uyğun gəlməli və bu üç məscid xaricində hər hansı bir yerə ziyarət üçün yüklərimizi toplamamalıyıq. Uca Allah da: "Həm peyğəmbər sizə nə verdisə onu alın, nəyi qadağan etdisə də çəkinin." (əl-Həşr, 59/7) deyə buyurmaqdadır.
Bizlər Peyğəmbər Sallallahu əleyhi vəsəlləmin arxada qoyduğu əsərləri araşdırmırıq. İbn Vaddah dedi ki: "Ömər b. əl-Hattab Radıyallahu anh altında Peyğəmbər Sallallahu əleyhi vəsəlləmə biətin edildiyi ağacın kəsilməsini əmr etdi. Kəsilməsini əmr etməsinə səbəb insanların gedib onun altında namaz qılmalarıdır. O müsəlmanların fitnəyə düşmələrindən qorxmuşdu."
İbn Teymiye - Allahın rəhməti üzərinə olsun - Hira mağarası haqqında bunları söyləməkdədir: "Peyğəmbər Sallallahu əleyhi vəsəlləm, peyğəmbərlikdən əvvəl orada ibadətə çəkilərdi. İlk olaraq vəhy orada olundu, lakin ona vəhyin ilk enişindən etibarən bir daha o mağaraya çıxmadı, ona nə özü, nə də səhabələri yaxınlaşmadı. Peyğəmbərlikdən sonra Məkkədə on il qaldı. O mağaranı ziyarət etmədi, oraya çıxmadı. Eyni şəkildə Məkkədə onunla birlikdə olan möminlər oraya çıxmadılar. Nəbi Sallallahu əleyhi vəsəlləm hicrətdən sonra Hudeybiye ümrəsində və Məkkənin fəthi əsnasında Məkkəyə dəfələrlə gəldi və təxminən Məkkədə iyirmi gün qaldı, Ci'rane ümrəsi əsnasında da oralara gəldi lakin heç birisində Hira mağarasına getmədi, oranı ziyarət də etmədi..."
Artıq bizlər Peyğəmbər şəhərinə yaxınlaşırıq. Və onun ən böyük əlamətlərindən birini görməyə başladıq. Bu, Rəsulullah Sallallahu əleyhi vəsəlləmin haqqında: "Bu bizim özünü sevdiyimiz, özünün də bizi sevdiyi bir dağdır." dediyi Uhud dağıdır.
Rəsulullah Sallallahu əleyhi vəsəlləmin evinə girib, evinin quruluşunu, şəklini hələ görmürük... Kiçik bir məskən və təvazökar bir döşək görəcək olsaq heyrətlənməyək. Çünki Rəsulullah Sallallahu əleyhi vəsəlləm insanlar arasında dünyaya qarşı ən zahid bir kimsə idi. O dünyadan mümkün olduğu qədər az şeylər götürərdi. Dünyanın bəzəklərinə, mallarına göz dikməzdi. "Əksinə onun göz bəbəyi, nuru namaz idi."
Peyğəmbər Sallallahu əleyhi vəsəlləm dünya haqqında belə buyurmuşdur:
"Dünyadan mənə nə! Mənim və dünyanın kimi, ancaq isti bir gündə yol alan, bir ağacın altında günün qısa bir müddəti içərisində kölgələndikdən sonra gedib onu tərk edən kimsənin vəziyyətinə bənzər."
Rəsulullah Sallallahu əleyhi vəsəlləmin evinə yönəldik. Mədinə yollarında sürətli addımlarla gedirik... Budur Rəsulullah Sallallahu əleyhi vəsəlləmin xanımlarının hücrələri göründü. Bunlar üzərləri palçıq ilə suvanmış, quru xurma budaqlarından bina edilmiş, bəziləri üst-üstə yığılmış daşlardan tikilmiş, lakin hamısının tavanları quru xurma budaqları ilə bağlanılmış hücrələrdir.
əl-Həsən belə deyərdi: Osman b. Affanın xəlifəliyi dövründə Peyğəmbər Sallallahu əleyhi vəsəlləmin xanımlarının otaqlarına girərdim, onların tavanlarına əlim dəyirdi. Həqiqətən təvazökar bir ev və kiçik otaqlar... Lakin bunlar iman ilə, itaət ilə, vəhy illə, risalət ilə, xoş qılınmış...


Tarix: 27.11.2014 / 14:19 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar