beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meherremliy-8

Bismilleh
Velhemdulilleh
Ve salavatullah
Döyüşün təfsilatı barədə uzun-uzadı
danışmaq istəməzdik. Bu haqda tarix
kitablarında geniş bəhs olunur. Sadəcə
qeyd etmək istərdik ki, bu döyüşdə
İmamın bütün sadiq səhabələri bir-bir
şəhid edildi. Hətta düşmən tərəf İmamın
qucağındakı südəmər körpə - Əli Əsğəri
belə öldürməkdən çəkinmədilər. Onlar
İmam Hüseynin başını kəsərək nizəyə
taxdılar və təhqiramiz şəkildə Şam
şəhərinə xəlifə Yezidin hüzuruna apardılar.
Döyüş bitdikdən sonra ordu xeymələrə
hücum çəkdi, onları talan edərək od vurub
yandırdılar. O qanlı faciədən sonra
Peyğəmbər ailəsinin sağ qalan üzvlərini
əsir götürərək əl-qolları zəncirli Şama
gətirdilər. Lakin Şamda baş verən
hadisələr Yezidin düşündüyü nəticəni
almasına mane oldu. İmamın bacısı
Zeynəb, oğlu İmam Səccad yolboyu
kufəlilər qarşısında xütbələr söyləyir,
Yezidin Kərbəlada törətdiyi qanlı faciəni
xalqa çatdırırdılar. İş o yerə çatmışdır ki,
dünən İmama müxalif mövqedə duranlar
indi ona matəm saxlayırdılar.
Ardi var.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 232 Bölmə: Maraqlı melumatlar