beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ashura Ziyareti

–Allah-Taala Öz pak və müqəddəs zatına and içmişdir ki, hər kim İmam Hüseynin (ə) «Aşura» ziyarətini – istər yaxından, istərsə də uzaqdan–oxumaqla onu ziyarət etsə, onun ziyarətini qəbul edəcəkdir.

–Kim «Aşura» ziyarətini (İmamın (ə) haqqına arif olduğu halda) oxusa, behiştə daxil olar.

–İmam Sadiq (ə) Səfvana buyurmuşdur: «Hər kim bu ziyarəti oxusa, hacətləri rəva olunar».

–Hər kim bu ziyarəti, onun fəzilətli vaxtında – sübh namazından sonra və gün çıxmamışdan qabaq – oxusa, ona həm axirətdə savab verilər, həm də onun bu dünyadakı hacətləri qəbul olunar.

–Kim «Aşura» ziyarətini oxusa, Qiyamət günündə istədiyi şəxsə şəfaət edər.

–«Aşura» ziyarətini oxumaqla, insan şiə olmasını isbat etmiş olar.

–«Aşura» ziyarətinin savabı bütün ziyarətlərdən üstündür.

–Bu ziyarəti oxumaq ruzini çoxaldar.

–«Aşura» ziyarətini oxumaq borcun ödənməsinə səbəb olar.

– Bu ziyarəti oxumaq, oğurlanmış malın tapılmasına səbəb olar.

–«Aşura» ziyarətini oxumaq evlənməyi asan edər.

–Bu ziyarəti oxumaq, sonsuz qadının övlad sahibi olmasına səbəb olar.

–«Aşura» ziyarətini oxuyan şəxsin salamı İmam Hüseynə (ə) çatır və onun hacəti qəbul olunur.

–Bu ziyarəti oxumaqla insanın qəm-qüssəsi aradan gedir.

–«Aşura» ziyarətini oxumaq, insanın can verməsini asanlaşdırır.

–Bu ziyarət qəbristan əhlindən əzabı götürür.

–«Aşura» ziyarəti qəbristanlıqda oxunduqda, İmam Hüseyn (ə) qəbristana gəlib orada uyuyanlara kömək edər.

–Həzrət Fatimeyi-Zəhra (ə) «Aşura» ziyarəti oxunan məclislərdə iştirak edər.

–Rəvayətə görə İmam Baqir (ə) və İmam Sadiq (ə) hər il Aşura günündə «Aşura» ziyarətini oxuyublar.

–İmam Baqir (ə) buyurmuşdur: «Hər kəs bu ziyarəti («Aşura» ziyarətini) oxusa, allah-Taala onun məqamını yüz min dəfə artırar və adını İmam Hüseynlə (ə) birgə şəhid olanlar arasında yazar».
«Aşura» ziyarəti allah tərəfindən təlim verilmişdir.

–Alimlərdən biri demişdir: «Ayətullah Burucerdi hər gün iki dəfə Aşura ziyarətini (o Həzrətin qatilinə və düşmənlərinə) 100 dəfə lənət və (İmamın (ə) özünə) 100 dəfə salam göndərməklə oxuyardı».

– Ən əsası da İmam Zaman (ə.f) «Aşura» ziyarətinin oxunmasına təkid etmişdir. İmam Zamanın (ə.c) Seyyid Əhməd Rəştiyə belə buyurduğu nəql olunur: «Siz nə üçün Aşura oxumursunuz? Aşura! Aşura! Aşura!»

Hicri tarixlə birinci ay sayılan Məhərrəm ayının 10cu günü Aşura kimi qeyd edilir. 1012ci il Məhərrəmlik ayı, noyabrın 16nda daxil oldu. Aşura günü isə Məhərrəm ayının 10cu günündə qeyd edildiyindən 25 dekabra təsadüf etdi.
Bu gün bütün müsəlmanların Aşura (yas) kimi qeyd edilir. Bu gün insanlar imamlarımıza ağlayacaq onların adına halva ehsanı paylayacaqdır.Aşura axşamı zəncir vurmaq,qan çıxarmaq vacib sayılsada Qafqaz Müsəlmanları idarəsi bunun dini baxımdan düzgün olmadığını bildirirlər.Aşura günündə, Kərbəla çölündə İmam Hüseyn (ə) və 72 əziz silahdaşı İlahi Həqiqətin əsl daşıyıcıları kimi çıxış edirdilər. Lənətlik Yezidin 30 minlik ordusu isə – məlun iblisin mənfur xidmətçiləri vəzifəsini üzərlərinə götürmüşdülər. Aşura günü baş verən qeyri-bərabər döyüş əslində Xeyirlə Şərin qarşıdurması olub və sonda İmam Hüseyin(ə.s) və 72 silahdaşı şəhid olub.allah Rəhmət eləsin.

–allah-Taala Öz pak və müqəddəs zatına and içmişdir ki, hər kim İmam Hüseynin (ə) «Aşura» ziyarətini – istər yaxından, istərsə də uzaqdan–oxumaqla onu ziyarət etsə, onun ziyarətini qəbul edəcəkdir.
Ziyarəti Aşura
Əs-salamu ələykə ya Əba Əbdillah. Əs-səlamu ələykə yəbnə Rəsulillah. Əs-səlamu ələykə yəbnə Əmiril-mu’mininə vəbnə Səyyidil-vəsiyyin. Əs-səlamu ələykə yəbnə Fatimətə səyyidəti nisail-aləmin. Əs-səlamu ələykə ya sarəllahi vəbnə sarih, vəl-vitrəl-məvtur. Əs-səlamu ələykə və ələl-ərvahilləti həllət bifinaik, ələykum minni cəmiən səlamullahi əbədən ma bəqiytu və bəqiyəl-ləylu vən-nəhar. Ya Əba Əbdillah, ləqəd əzumətir-rəziyyətu və cəllət və əzumətil-musibətu bikə ələyna və əla cəmii əhlil-islam, və cəllət və əzumət musibətukə fis-səmavati əla cəmii əhlis-səmavat, fələənəllahu ummətən əssəsət əsasəz-zulmi vəl-covri ələykum Əhləl-bəyt, və ləənəllahu ummətən dəfəətkum ən məqamikum və əzalətkum ən məqamikum və əzalətkum ən məratibikumul-ləti rəttəbəkumul-lahu fiha, və ləənəllahu ummətən qətələtkum və ləənəllahul-muməhhidinə ləhum bittəmkini min qitalikum, bəri’tu iləllahi və iləykum minhum və min əşyaihim və ətbaihim və ovliyaihim, ya Əba Əbdillah, inni silmun li-mən saləməkum və hərbun li-mən harəbəkum ila yovmil-qiyaməh, və ləənəllahu alə ziyadin və alə mərvan, və ləənəllahu bəni uməyyətə qatibətən və ləənəl-lahubnə mərcanətə və ləənəllahu umərəbnə sə’d, və ləənəllahu şimrən və ləənəllahu ummətən əsrəcət və əlcəmət və tənəqqəbət liqitalik, biəbi əntə və ummi, ləqəd əzumə musabi bik, fəəs’əlullahəl-ləzi əkrəmə məqaməkə və əkrəməni ən yərzuqəni tələbə sarikə məə imamin mənsurin min Əhli-bəyti Muhəmmədin səlləllahu ələyhi və alih. Əllahumməc’əlni indəkə vəcihən bil-Husəyni ələyhis-səlam, fid-dunya vəl-axirəh, ya Əba Əbdillah, inni ətəqərrəbu iləllahi və ila Rəsulihi və ila Əmiril mu’mininə və ila Fatimətə və iləl-Həsəni və iləykə bimuvalatikə və bil-bəraəti mimmən əssəsə əsasə zalikə və bəna ələyhi bunyanəhu və cəra fi zulmihi və covrihi ələykum və əla əşyaikum, bəri’tu iləllahi və iləykum minhum, və ətəqərrəbu iləllahi summə iləykum bimuvalatikum və muvalati vəliyyukum və bil-bəraəti min ə’daikum vən-nasibinə ləkumul-hərb, və bil-bəraəti min əşyaihim və ətbaihim, inni silmun limən saləməkum və hərbun limən harəbəkum və vəliyyun limən valakum və əduvvun limən adakum. Fəəs’əlullahəl-ləzi əkrəməni bi mə’rifətikum və mə’rifəti ovliyaikum, və rəzəqənil-bəraətə min ə’daikum ən yəc’ələni məəkum fid-dunya vəl-axirəh, və ən yusəbbitə li indəkum qədəmə sidqin fid-dünya vəl-axirəh, və əs’əluhu ən yubəlliğənil-məqaməl-məhmudə ləkum indəllah, və ən yərzuqəni tələbə sarikum məə imamin hudən zahirin natiqin bil-həqqi minkum və əs’əlullahə bi həqqikum və biş-şə’nil-ləzi ləkum indəh, ən yu’tiyəni bimusabi bikum əfzələ ma yu’ti musabən bimusibətihi musibətən ma ə’zəməha və ə’zəmə rəziyyətəha fil-islami və fi cəmiis-səmavati vəl-ərzi. Əllahumməc’əlni fi məqami haza mimmən tənaluhu minkə sələvatun və rəhmətun və məğfirəh. Əllahumməc’əl məhyayə məhya Muhəmmədin və Ali-Muhəmməd, və məmati məmatə Muhəmmədin və Ali-Muhəmməd. Əllahummə innə haza yovmun təbərrəkət bihi bənu uməyyətə vəbnu akilətil-əkbadil-ləinubnul-ləini əla lisanikə və lisani Nəbiyyik, səlləllahu ələyhi və alih, fi kulli movtinin və movqifin vəqəfə fihi Nəbiyyukə səlləllahu ələyhi və alih. Əllahumməl’ən əba sufyanə və muaviyətə və yəzidəbnə muaviyətə ələyhim minkəl-lə’nətu əbədəl-abidinə və haza yovmun fərihət bihi alu ziyadin və alu mərvanə biqətlihimul-Hüsəynə sələvatullahi ələyh. Əllahummə fəzaif ələyhimul-lə’nə minkə vəl-əzabəl-əlim. Əllahummə inni ətəqərrəbu iləykə fi hazəl-yovmi və fi movqifi haza və əyyami həyati bil-bəraəti minhum vəl-lə’nəti ələyhim və bil-muvalati li-nəbiyyikə və ali Nəbiyyikə ələyhi və ələyhimus-səlam.
Əllahumməl’ən əvvələ zalimin zələmə həqqə Muhəmmədin və Ali-Muhəmməd, və axirə tabiin ləhu əla zalik, Əllahumməl’ənil-isabətəl-ləti cahədətil-Husəyn, və şayəət və bayəət və tabəət əla qətlih. Əllahumməl’ənhum cəmia.
Əs-səlamu ələykə ya Əba Əbdillahi və ələl-ərvahil-ləti həllət bifinaik, ələykə minni səlamullahi əbədən ma bəqiytu və bəqiyəl-ləylu vən-nəhar, və la cəələhullahu axirəl-əhdi minni liziyarətikum. Əs-səlamu ələl Husəyni və əla Əliyyibnil –Huseyn, və əla ovladil Husəyn, və əla əshabil-Husəyni.
allahummə xussə əntə əvvələ zalimin billə’ni minni vəbdə’ bihi əvvələn summəssaniyə vəs-salisə vər-rabi’. Əllahumməl’ən yəzidə xamisən vəl’ən ubəydəllahibnə ziyadin vəbnə mərcanətə və umərəbnə sə’din və şimrən və alə əbi sufyanə və alə ziyadin və alə mərvani ila yovmil-qiyaməh.

Sonra səcdəyə gedib belə de:

Əllahummə ləkəl-həmdu həmdəş-şakirinə ləkə əla musabihim, əlhəmdu lillahi əla əzimi rəziyyəti. Əllahummərzuqni şəfaətəl-Husəyni yovməl-vurudi və səbbit li qədəmə sidqin indəkə məəl-Husəyni və əshabil-Husəyn, əlləzinə bəzəlu muhəcəhum dunəl-Huseyni ələyhis-səlam.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 753 Bölmə: Maraqlı melumatlar