beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəs Niyə Gəlmirsən, Ağa?

Ağa, her cüme senin müntezirin, qailinik,
Demirem esgerinik, bir eliboş sailinik.
Her seven sevgili cananine maildir, Ağa,
Bir nezer lütf ele çün, biz de senin mailinik.

Toz basıb ayineyi-vehdeti silmirsen, Ağa,
Üzümüz qaredi, layiq bizi bilmirsen, Ağa,
Geldi bu cüme de keçdi, gözümüz yolda qalıb,
Sene pervane olaq, bes niye gelmirsen, Ağa.

Sadiq olmaq bilirik aşiqi-gümrah işidir,
Gelişin ümmeti-Peyğembere fellah işidir.
Ağacan, nola güzeşt eyle görün gözlere bir,
Nökerin sehvini efv etmek ele şah işidir.

Düzdür, sebr etmelidir bir bele hicrane bilen,
Ateşi-hicri gerek salmalıdır cane bilen,
Seni her yerde, Ağam, Mehdi deyib seslemişik,
Gel ki, görsün seni bu dehride efsane bilen.

Damlayıq, çırpınırıq veslide deryaye göre,
Güneşin doğması mütleqdi seher aye göre,
Sende bir eyle tecella, başımız saye göre,
Gelmesen bizden öter, gel barı Zehraya göre.

Qebri-Zehra ne qeder bizlere pünhan qalacaq,
Ne qeder şie Beqide giryan qalacaq,
Ne qeder yerde nahaqdan tökülen qan qalacaq,
Gelmesen bu tökülen qanları bes kim alacaq?

Ne qeder sebr elesin bende bu hicrane, Ağa,
Kerbelade Elemi-şie batıb qane, Ağa,
Sene bu "Seyyidivün” canı feda, et ecele,
Seni and veririk Hüseyn tek şehi-merdane,

Ya Allahım Ağanın zühurunu tezləşdir inşAllah. Gəlin ilk öncə Ağanı çağırmazdan qabaq ona nə cavab verəcəyik və hansı yaxşi əməllə qarşısına çıxacağımızı düşünək və Allah bizləri ağanın layiqli xidmətçilərindən qərar versin İnşAllah.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 222 Bölmə: Maraqlı melumatlar