beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hz.Mehemmedin (s.a.a.v) 21 öyüdü

Bir gün, bir adam Peyğəmbər
Əfəndimizin yanına gələrək, "Sizə dünya
və axirətlə əlaqəli soruşacaq suallarım
var." deyər. Bunun üzərinə
Peyğəmbərimiz o kimsəyə, "Nə
istəyirsənsə soruş" buyurar. Ardından o adam ilə Peyğəmbər Əfəndimiz
arasında bu dialoq yaşanar:
- İnsanların ən zəngini olmaq istəyirəm.
- Qənaətkar olsan insanların ən zəngini
olarsan.
- İnsanların ən xeyirlisi olmaq istəyirəm. - İnsanların ən xeyirlisi, insanlara
faydalı olandır. Sən də insanlara faydalı
ol.
- İnsanların ən ədalətlisi olmaq
istəyirəm.
- Özün üçün istədiyini insanlar üçün də istəsən insanların ən ədalətlisi olarsan.
- İnsanlar içində Allaha ən yaxın, Onun
ən xas qullarından olmaq istəyirəm.
- Allahı çox zikr edib xatırlayar və
xatırlasan o zaman Allahın ən xas qulu
olarsan. - Muhsinlerden, yaxşılıq edənlərdən
olmaq istəyirəm.
- Allaha, ONU görür kimi ibadət et, hər
nə qədər sən ONU görməsən də O səni
görür.
- İmanımı kamala çatdırmaq istəyirəm. - Gözəl əxlaqlı olsan imanın kamala
çatar
- İnsanların ən mərhəmətlisi olmaq
istəyirəm.
- Əvvəl özünə və insanlara mərhəmət et
ki; Allah da sənə mərhəmət etsin. - Qiyamət günü nur içində yatmaq
istəyirəm.
- Heç kimə zülm etmə, qiyamət günü
nur içində yatarsan.
- Günahlarımın azalmasını istəyirəm.
- İstiğfar edərək günahlarının bağışlanması üçün Allaha yalvarsan
günahların azalar.
- İnsanların ən kərimi olmaq istəyirəm.
- Allaha qullarını şikayət etməzsənsə
insanların kərimi olarsan.
- Ruzimin bol olmasını istəyirəm. - Təmizliyə davam etsən ruzinin bol
olar.
- Allah və Elçisi tərəfindən sevilmək
istəyirəm.
- O zaman Allah və Rəsulunun
sevdiklərini sev, sevmədiklərini də sevmə.
- Allahın mənə qızmasından özümü
qorumaq istəyirəm.
- Kimsəyə qızmazsansa Allahın
qəzəbindən və qızmasından xilas
olarsan. - Duamın qəbul edilməsini istəyirəm.
- Haramlardan çəkinsən duaların qəbul
olar.
- Allahın məni başqalarının yanında
alçaq etməməsini istəyirəm.
- Namusunu qoruyub iffətli ol ki; insanlar yanında alçaq olmayasan.
- Allahın ayıblarımı, qüsurlarımı
örtməsini istəyirəm.
- Qardaşlarının ayıblarını örtsən Allah
da sənin ayıblarını örtər.
- Mənim günahlarımı nə silər? - Gözyaşların, huduun (hörmətlə Allaha
qulluğun) və xəstəliklər
- Allah yanında hansı yaxşılıq daha
fəzilətlidir?
- Gözəl əxlaq, bəlalara səbir və qəzaya
razılıq. - Allah yanında ən böyük günah
hansıdır?
- Pis əxlaq və Allahın əmrlərinə qarşı
göstərilən xəsislik
- Rəhman Allahın qəzəbini nə dindirər?
- Gizlidən gizliyə sədəqə vermək və sılasnı rəhm (qohumları ziyarət və
görüb güdmək).


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 76 Bölmə: Maraqlı melumatlar