beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Resullah S.a.v In Tefekür Heyatı

Allah Rəsulunun - sallalahu aleyhi və səlləm - Təfəkkür Həyatı

Peyğəmbər Əfəndimiz-səllallahu əleyhi və səlləm-'in nümunə yaşayışı, Rəbbimizin qullarında görməyi arzu etdiyi mənəvi təkamül üçün təfəkkürün nə qədər lazımlı olduğunu açıqca ortaya qoymaqdadır. Çünki O, gecələri ayaqları şişənə qədər gözyaşları içində qulluq və ibadətə davam etmiş, gözləri yatsa belə ürəyi daima oyanıq qalmış, Allahın zikrindən, təfəkkür və murakabəsindən bir an belə uzaqlaşmamıştır.

Aişə-radiyallahu anha-anamız, Allah Rəsulu-aleyhissalatu vəssalam-ın gecə həyatından bir hissəni belə nəql edir:

"Bir gecə Rəsulullah-sallallahu aleyhi və səlləm-mənə:

«-Ey Aişə! İcazə versən, gecəni Rəbbimə ibadət edərək keçirim.» Dedi.

Mən də:

«-Vallahi səninlə birlikdə olmağı çox sevirəm, ancaq Səni sevindirən şeyi daha çox sevirəm.» Dedim.

Sonra qalxdı, gözəlcə dəstəmaz aldı və namaza durdu. Ağlayırdı ... O qədər ağladı ki, paltarı, mübarək saqqalı, hətta səcdə etdiyi yer islaq oldu. O, bu haldaykən Bilal-radıyallahu anhu-əzan oxumağa gəldiyində Allah Rəsulunu pərişan bir halda gördü. Aləmlərin Əfəndisinin ağladığını görüncə:

«-Ya Rasulallah! Sizi bu qədər qəmli və üzgün edən nədir? Allah Təala sizin keçmiş və gələcək bütün günahlarınızı bağışladığı halda nə üçün ağlayırsınız? » Dedi.

Bunun üzərinə Əfəndimiz-sallallahu aleyhi və səlləm-:

«-Allaha çox şükür edən bir qul olmayımmı? Vallahi bu gecə mənə elə ayələr endirildi ki, onu oxuyub da üzərində təfəkkür etməyənlərə yazıqlar olsun!» Dedi və bu ayələri oxudu:

إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَابِ

الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ


«Həqiqətən, göylərin və yerin yaradılmasında,gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!»
(Ali-İmran, 190-191)" (İbn-i Hibban, II, 386)

Beləliklə bu ayələr nazil olduğu gecə Allah Rəsulu-sallallahu aleyhi və səlləm-, səhərə qədər ağlamışdı. Şübhəsiz ki, O, bu fərman-ilahiyə,daha risalət vəzifəsini başlamadan əvvəl belə Hira Mağarasındaki inziva və təfəkkür həyatı ilə tabe olmuş vəziyyətdə idi. Onun Hiradaki ibadəti, təfəkkür etmək, atası İbrahim-aleyhissələm-kimi göylərin və yerin mələkutundan ibrət almaq və Kəbəni seyr şəklindəydi. (Ayni, Umdətu'l-Qari Şərhu'l-Buxari,Beyrut, İdarətu't-Tıbaati'l-Muniriyyə,61; XXIV, 128.)


O günlərdə olduğu kimi Rəsulullah-sallallahu aleyhi və səlləm-, daha sonrakı həyatında da daim hüznlü və təfəkkür halında idi. Danışması zikr, sükutu təfəkkür idi. Necə ki, hədisi-şəriflərində belə buyurmuşdu:

"Rəbbim mənə sükutumun təfəkkür olmasını əmr etdi, (mən də sizə tövsiyə edirəm.)" (Hədis-i Şərifin tamamı üçün bax: İbrahim Canan, Hədis Ensiklopediyası, XVI, 252, hədis nömrə: 5838.)

"Allahın yaratdıqları üzərində təfəkkür edin ..." (Deyləmi, II, 56; Heysəmi, I, 81)

"Təfəkkür kimi ibadət yoxdur." (Əli əl-Müttəqi, XVI, 121)

Əhməd ər-Rifai də belə buyurur:

"Təfəkkür, Rəsulullah-sallallahu aleyhi və səlləm-in ilk əməlidir. Necə ki, bütün fərzlərdən əvvəl Onun ibadəti Allahın məxluqatını və nemətlərini təfəkkürdən ibarət idi. Elə isə siz də təfəkkürə yaxşı sarılın və ibrət vəsiləsi edin."

Xülasə, ümməti olmaqla şərəf duyduğumuz Fəxri-Kainat Əfəndimizə layiq ola bilmək üçün həyat və kainatda sərgilənən dərin hikmətlərə könül verərək təfəkkür iqlimində yaşamağa çalışmağımız lazımdır


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 106 Bölmə: Maraqlı melumatlar