beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şeytan Hansı Insanlara Vəsvəsə Edə Bilmir?

Batil və haram işlərin mənbəyi olan batil
fikirlər bəzən şeytan tərəfindən təlqin
edilir və bəzən də napak insanlar
tərəfindən. Hər bir halda insan ancaq
Allaha pənah apararaq, amanda qala
bilər. İnsanı alçaq fikirlərə dəvət edən - şeytandır. İnsan doğulandan ölənə qədər bütün
ömrü boyu şeytanla dava edir. Şeytan
insanı heç bir işdə tək buraxmaz. Həm
fikirlərinə və həm də təfəkkürünə təsir
qoyar. O günə qədər ki, insanın ruhu
bədənindən tamamilə çıxar. Sonra onu cəhənnəm atəşinə tərəf sürükləyər.
Özünün sonuncu zərbəsini vurar. Quran və hədislər bu qatı düşmənin
hədəfini bizim üçün bəyan edir.
Şeytanın hədəfi nədir və bu hədəfə
çatmaq üçün hansı yollardan istifadə
edir? Bu yolları necə bağlamaq olar?
Bütün bunları bizə Quran bəyan edir. İnsanın fikirlərinin növləri: İnsan fikrini iki hissəyə bölmək olar: 1. O fikirlər ki, bizi xeyir işlərə dəvət
edər ki, ona ilham deyilər. Quran
buyurur: "Onları düz yola hidayət
etdik”. 2. İnsanı alçaq və batil fikirlərə şeytan
dəvət edər. Buna vəsvəsə deyərlər.
İnsan nəfsi daima təqva və vicdanla
vuruşdadır. Ona görə də qəlb bəzən
şeytan ordusuna və bəzən də İlahi
mələklərə təslim olar. Nəfsani istəklər. Nəfsani istəklər elə bir qüvvədir ki, gah
şeytana və gah da mələklərə qulluq
edər. İnsanda olan ğəsbiyyə, şəhviyyə,
vahimə qüvvələri insanın bədəninə
hakimiyyət edən atəş qüvvələridir.
Şeytan da atəşdən olduğu üçün onunla bu üç qüvvə arasında sıx rabitə vardır. Ancaq əgər insana ağıl hakim olarsa,
insan qəlbi İlahi mələklərin nazil olduğu
məkana çevrilər. Hər an təzə nur və hər
dəqiqə sonsuz feyz ona çatar. Vəsvəsə - şeytanın silahıdır. Vəsvəsə bəzən şeytan tərəfindən olur
və bəzən də napak insanlar tərəfindən
insana təlqin edilir. İmam Sadiq (ə)
buyurur: "Şeytan insana hakim olmaz,
onu vəsvəsə etməyə gücü çatmaz,
məgər o halda ki, İlahi zikrdən imtina edər, Allah Təalanın əzəmət və
böyüklüyünü yüngül hesab edər, batin
və zahirində Allahı yada salmaz. Hər kim
Allahı zikr edər, Onun əzəmət və
böyüklüyü xatirində olar, qəflətdə
olmaz. Şeytan ona hakim olmaz, İlahi tofiqin sayəsində onun əlindən xilas
olar. O zaman ki, insan Allah Təaladan,
Onu yada salmaqdan və zikrindən qafil
olar, şeytan qəlbinə yol tapar və öz
vəsvəsələri ilə onu həlakətə tərəf
sürükləyər”. Dilin zikri - həmd və sitayişdir. Ağlın zikri - təzim və həyadır. Nəfsin zikri - əziyyətə və çətinliyə
dözməkdir. Ruhun zikri - qorxu və təvəkküldür.
Qəlbin zikri - düz danışmaqdır. Mərifətin zikri - Allah qarşısında təslim
olmaq və həyatdan razı olmaqdır. Başın zikri - Allahın cəlal və camalını
müşahidə etməkdir. Nicat yolu nədir? İlahi tofiq bağından yapışmaq insana
bu yolda nicat verər. Bu bağ ən
möhkəm bağdır və insan bu bağdan
yapışaraq, öz acizliyini və zəlilliyini etiraf
edər. Hər an Allaha ehtiyac duyduğunu
bildirmiş olar. Beləliklə deyə bilərik ki, şeytan insanı
öz pis işlərinə vəsvəsə vasitəsilə alət
edər. Onun bu vəsvəsəsi insanın
qəlbinə və canına işləyər. Şeytan insanı
elə bir yola dəvət edər ki, həmin yolda
irəliləmək insanın öz iradəsi çərçivəsindədir. Əgər istəsə, bu yolda
gedə bilər, istəsə həmin yolu buraxıb,
düz yolu tapmağa çalışar. Seçim biz
insanların öhdəsindədir. (Tebyan/ Deyerler.org)


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 108 Bölmə: Maraqlı melumatlar