beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahım, Mənim Nəyə Ehtiyacım Olduğunu Sən Bilir

Kasıb geyinmiş bir qadın qayğılı bir şəkildə
ərzaq dükanına girdi. Utana-utana dükan
sahibinə yaxınlaşaraq, həyat yoldaşının xəstə
olduğunu, yeddi uşağı ilə ac qaldıqlarını dedi.
Dükan sahibi isə ona sərt bir nəzərlə baxaraq,
dükandan çıxmağı tələb etdi. Qadın çıxış yolu olmadığı üçün yalvarmaqda davam edir:
“Mənə inanın. Pulumuz olan kimi sizin
borcunuzu ödəyəcəyəm,” - deyirdi. Bu vaxt
dükana girən başqa bir müştəri onların bu
söhbətini eşitdi. Üzünü dükan sahibinə tutub:
“Ona istədiklərini verin, borcunu da mənim adıma yazın,” - dedi. Dükan sahibi həvəssiz bir
şəkildə, bir az da istehza ilə qadından: “Sizdə
alacağınız ərzaqların siyahısı varmı?” - deyə
soruşdu. Qadin başını aşağı əyərək: “Var,” -
deyə cavab verdi. Dükan sahibi: “Elə isə, o
siyahını tərəzinin bu gözünə qoyun. Nə qədər gəlsə, sizə o qədər ərzaq verəcəyəm”, - dedi...
Qadin birdən duruxdu, sonra çantasından
içərisində nə isə yazılmış bir kağız çıxararaq,
tərəzinin gözünə qoydu. Dükan sahibi
tərəzinin o biri gözünə ərzaqları qoymağa
başladı. Ancaq tərəzi dolub - daşsa da, tərəzinin bu biri gözü əyilmək bilmirdi. Dükan
sahibi: “İnana bilmirəm. Bu necə ola bilər?” -
deyə heyrətdən donub qaldı. Nəhayət, çarəsiz
qalıb tərəzidəkiləri qadına verdi. Dükan sahibi
maraqla kağızı götürüb oxudu. Kağızda bu
dua yazılmışdı: “Allahım, mənim nəyə ehtiyacım olduğunu Sən
bilirsən.
Hər şeyin Sahibi Sənsən”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 53 Bölmə: Maraqlı melumatlar